Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: OYUNCAQ EVİ TAMAŞASI

20 May - 21 May 16

YARAT Müasir İncəsənət Məkanı FresStyle proqramı çərçivəsində 'Oyuncaq Evi' adlı tamaşaya seyr etməyə dəvət edir. Tamaşa Henrik İbsenin eyni adlı əsəri əsasında Nick Awde tərəfində yeni adaptasiya olunaraq nümayış ediləcəkdir. Təşkilatçılar ALOFF Teatrı (London) və YUĞ Teatrı (Bakı).


Tədbir YARAT Freestyle layihəsi çərçivəsində təqdim olunur. Çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir.

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Oyuncaq evi (“Et dukkehjem”, Henrik İbsen)

Yeni adaptasiya: Nick Awde

Tərcümə\ Prodüser: Sənan Əliyev

Rejissor Metyu Zak Paneş (Matthew Zak Panesh, Böyük Britaniya)


ALOFF Theatre (London, Böyük Britaniya) və YUĞ Teatrının (Bakı, Azərbaycan) birgə istehsalı.


Turxan Hüseynov yenicə, yerli Kommunist Partiyası tərəfindən Azərbaycanda Komissar təyin olunub. Bu vəzifə onun fədakar həyat yoldaşı Nuranəyə yeni bir ümid verir. Nəhayət ki, onların bütün problemləri geridə qalacaq. Amma, çox keçməmiş onların bu zərif xoşbəxtliyi çağırılmamış bir qonağın gəlişi ilə tamam məhv olur. Nuranənin danışdığı yalanlar, ərini qorumaq üçün etdiyi risklər üzə çıxarkən, onlar evliliklərinin həqiqətən nə qədər qüsursuz olduğunu sual etməyə məcbur olurlar. İndi, belə görünür ki, yalnız bir möcüzə onları xilas edə bilər.  

Oyuncaq evi XIX əsrin Norveçindən, Xəzərin sahilindəki Bakıya, yeni qurulmuş Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtına köçürülüb. Zaman 1927-ci il, dünyanın ilk neft bumu mərkəzlərindən biri olmuş şəhər üçün əlamətdar dəyişikliklər ili.


Tarix: 20 və 21 may, 2016

20 May - Saat: 20.00

21 May - Saat: 17.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, çoxtəyinatlı zal

Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı Meydanın yaxınlığı)

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir