Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: SAĞLAM HƏYAT TƏRZİ: AŞPAZ ART SMİT (ABŞ) İLƏ BİR GÜN

14 May 16

SAĞLAM HƏYAT TƏRZİ: AŞPAZ ART SMİT (ABŞ) İLƏ BİR GÜN

AMERİKA HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ

YARAT FreeStyle və ABŞ-nın Azərbaycandakı səfirliyi Sizi məşhur amerikalı aşpaz Art Smith ilə görüşə dəvət edir! Aşpaz Art Smith yalnız bir gün - Mayın 14-də “Sağlam həyat tərzi” adlı tədbirlə qarşınızda çıxış edəcək. Görüş ABŞ-nın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən Amerika Günləri çərçivəsində keçirilir.

Aşpaz Art Smith qida məhsulları vasitəsilə insanları bir araya gətirmək ideyasından xoşlanır və onu həyata keçirir. Tədbir zamanı o, sağlam yemək və sağlam həyat tərzi təcrübəsi ilə bölüşəcək.


Aşpaz Art Smith haqqında:

Art Smith peşəkar aşpazlıq sahəsində yüksək mükafatlar qazanıb və dünyanın tanınmış insanları ilə çalışıb. 1997-ci ildən Smith məşhur teleaparıcı və ictimai xadim Oprah Winfrey ilə on il davam edən əməkdaşlığa qədəm qoyaraq onun daimi aşpazı olub. İndi Smith bütün dünyada keçirilən xüsusi tədbirlər vasitəsi ilə aşpazları əlaqələndirir və birləşdirir. Art Smith Table fifty-two, Art and Soul, Southern Art and Bourbon Bar və LYFE Kitchen restoranlarının baş aşpazı və ortaq sahibidir.

Son zamanlar Smith ABC kanalının Lady Gaga ilə Şükran Günü, Top Chef, Top Chef Duels televiziya verilişlərində çıxış edib, o cümlədən Top Chef Masters verilişinə qayıdışı ilə tez bir zamanda tamaşaçı sevgisini qazanıb.


Tarix: 14 may, 2016

Saat: 12.00

Məkan: Yaşıl Kafe, YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir