Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE:MİLLİ MEMARLIĞA MÜASİR BAXIŞ

13 Apr 16

YARAT Müasir İncəsənət Məkanı FreeStyle yaradıcılıq platforması çərçivəsində yerli və xarici memarlarla müntəzəm görüşlər silsiləsinə başlayır. Məqsəd - aktual məsələlərin müzakirəsi, memarlıq layihələrinin təqdimatları və fikir mübadilələridir.

13 aprel 2016 tarixində memar Elbəy Qasımzadə və “El&En” memarlıq şirkəti Abşeron yarımadasının şimal-şərq sahilində yerləşən Pirallahı adasında həyata keçirdikləri son “YT-Park” layihəsini Sizə təqdim edəcəklər.


Layihə haqqında: Müasir dövrümüz yeni texnologiyaların tətbiqinin və elmi fikirlərin əldə olunmasının yüksək sürəti ilə xarakterizə olunur. Bütün dünya, xalqların həyat fəaliyyətinin təmin edilməsi üçün həlledici olan bu yarışa qoşulmuşdur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, bizim ölkəmizdə də bu məsələyə böyük diqqət verilir. Texno-parklar və qabaqcıl istehsalatlar yaradılır.

“YT-Park”-ın tikintisi üçün adanın mərkəzi hissəsində 50 hektar ərazi ayrılmışdır. YT-Park”-ın baş planı dəqiq funksional zonalaşdırmanı təklif edir. Bu zaman dəniz amili də nəzərə alınır ki, burada yerləşən binalardan dəniz mənzərəsini seyr etmək mümkün olsun. Bu – əqli əməklə məşğul olan insanların iş fəaliyyətinin və yaşayışının təmin edilməsinin mühüm psixoloji amillərindən biridir. Bütövlükdə, ərazidə yerləşən mütəxəssislər üçün həm onların öz əsas fəaliyyətlərini həyata keçirmələri, həm də yaşamaları, istirahətləri və əyləncələri üçün rahat şərait yaradılmışdır.


Elbəy Qasımzadə - Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, "El&En" memarlıq şirkətinin prezidenti, Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (UIA / UNESCO), Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının vitse-prezidenti.


Tarix: 13 aprel, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir