Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: JAZZ-MUGHAM NIGHT WITH FRENCH AND AZERBAIJANI MUSICIANS

29 Fev 16

Əziz sənətsevərlər, Sizi Azərbaycanda Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi və məşhur fransız brendi «Président»-in birgə əməkdaşlığı ilə təşkil olunmuş fransalı musiqiçi Pierre de Trégomainin Azərbaycana ilk səfəri çərçivəsində ənənəvi Azərbaycan musiqisinin dörd məşhur simaları ilə zəngin bədii fəaliyyətini işıqlandırması üçün 29 fevral, 2016-cı il tarixində keçiriləcək eksklüziv konsertə dəvət edir.


Bu tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Konsertin iştirakçıları:

Kamança: Elnur Mikayılov (Azərbaycan)

Nağara: Kamran Kərimov (Azərbaycan)

Tar: İsmayıl Zülfüqarov (Azərbaycan)

Xanəndə: Qoçaq Əsgərov (Azərbaycan)

İfa: Pierre de Trégomainin (Fransa)


Pierre de Trégomainin müsiqi layihəsi:

Azərbaycana ilk səfəri - Yeni səslər və yeni təcrübələr axtarışında, ənənəvi Azərbaycan musiqisi muğam ilə görüş.

Pierre de Trégomainin fransız caz musiqiçisi və müğənnisidir, bir çox fərqli musiqi təcrübəsinə malikdir. Daima yeni səs və musiqi kəşf etməyə çalışan müğənni (pop, caz və barok arasında dəyişən son “Shelter” adlı albomu buna nümunədir) bu gün şərq ənənəvi musiqi janrlarının axtarışındadır. Pierre de Trégomain artıq bir neçə ildən çox öz yaradıcılığında dünya musiqisinə, xüsusilə Pakistan və İranın sufi mahnılarına müraciət edir. Musiqiçi emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən muğamı yaradıcılığında istifadə etmək niyyətindədir.


Tarix: 29 noyabr, 2015

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir