Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: BOND STREET TEATRININ (ABŞ) AY DÖVRİYYƏLƏRİ TAMAŞASI

15 Fev 16

YARAT Müasir İncəsənət Məkanı və Amerika Səfirliyi 15 fevral 2016-cı il tarixində YARAT FreeStyle çərçivəsində YARAT Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Sülh naminə icma dramı” proqramı çərçivəsində hazırlanmış “Ay dövriyyələri” adlı tamaşa təqdim olunacaq.


Layihə ABŞ-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlıq məhsuludur və ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə hazırlanmışdır.


Bond Street Teatrın təmsilçiləri: Michael McGuigan-Managing - rejissor; Joanna Sherman; Ilanna Saltzman - aktyor; Meghan Frank

İştirakçılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri: Səadət Mirzəbəy (Televeziya rejissoru - I kurs); Ulviyya Huseynova (Sənətşünas - IV kurs); Albina Sadikova (Kino rejissoru - I kurs); Könül Nəsib Qızı ("Sabah qrupu" Teatr və kino aktyoru - II kurs; Murad Allahverdiyev (Televiziya rejissoru - I kurs); Ali Murad Nuri (Teatr və kino aktyoru - IV kurs); Elşad Abdulla (Musiqili teatr rejissoru - III kurs); Kamran Meydanəli (Kino və Televiziya rejissoru - I kurs)


FreeStyle – gənc, istedadlı aktyor, müğənni və rəqqaslara özlərini ifadə etmələri və yaradıcı eksperimentlər aparmaları üçün meydança təqdim etmək məramı ilə düzənlənmiş bir proqramdır.


Bond Street Teatrı 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyəti daşıyan fiziki baxımdan bacarıqlı, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət bir qrup  tərəfindən yaradılmışdır.  Fəaliyyətə başladığı ilk dövrlərdə LaMama Teatrında yerləşən rezident şirkət ansambl yaratmışdır ki, onların ərsəyə gətirdikləri həm qapalı məkanlar üçün işlər, həm də geniş küçə teatrı tamaşaları Nyu York və ölkənin digər şəhərlərini dolaşmışdır.

Şirkət müxtəlif mədəniyyət sərhədlərini aşaraq ünsiyyət yaradan teatr dili formalaşdırmaq məqsədilə çoxsaylı ənənələri əhatə edən fiziki və jest sənətləri üzrə təlimləri xüsusi diqqət yetirmişdir. Ansambl jestlər, rituallar və işarələri seçir, forma və dinamika vasitəsilə onlara həyat verir və onları akrobatik hərəkətlər, döyüş sənəti, maskalar, ağacayaqlar, rəqs, kuklalar, müxtəlif musiqi növləri və fərqli mədəniyyətlərin incəsənət üslubları kimi əsrarəngiz teatral formalar ilə tamamlayır. Ansambl forum teatrı, ifa və digər interaktiv teatr formalarından istifadə edir. 

Bu gün, Bond Street Teatrı vaxtının əksər hissəsini beynəlxalq səviyyəli işlərə sərf edir, dünyanın müxtəlif ölkələrindən olan yerli teatr artistləri ilə əməkdaşlıq edir və icma əsaslı incəsənət layihələri təşəbbüs edir. Şirkət təhsil, səhiyyə və kirtik sahələr üzrə səlahiyyətin artırılması ilə əlaqədar teatr əsaslı layihələr yaratmaq və incəsənət-humanitar proqramların dayanıqlığının təmin edilməsi məqsədilə müvafiq üslublar üzrə təlimçilərin təlimini təşkil etməklə dünyanın müxtəlif bölgələrini təmsil edən artistlər ilə yaradıcı assosiasiyalar vasitəsilə sülhü və mədəniyyətlər-arası anlayışı təşviq etmək məqsədini daşıyır. 

Bu günə qədər, şirkət Çində, Yaponiyada, İndoneziyada, Myanmarda (Burma), Sinqapurda, Tailandda, Pakistanda, Əfqanıstanda, Hindistanda, İsraildə, Fələstində, Haitidə, Kolumbiyada, Braziliyada, Venesuelada, Qvatemalada, Meksikada, Serbiyada, Kosovoda, Bosniya və Herseqovinada, Albaniyada, Makedoniyada, Bolqarıstanda, Xorvatiyada, Rumıniyada, Macarıstanda, eləcə də Avropanın müxtəlif ölkələrində, Kanadada, ABŞ-da  işləyərək teatr layihələri nümayiş etdirmiş, tədris etmiş və yaratmışdır. 


Tarix: 15 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir