Aprel 2024

FREESTYLE: FUTURESHORTS QISAMETRAJLI FİLMLƏR FESTİVALI / QIŞ MÖVSÜMÜ

17 Fev - 19 Fev 16

YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən Film Klub növbəti FUTURESHORTS qısametrajlı kinoları festivalının yaz mövsümünü təqdim edir. 

Yeni qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.


Hal-hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxıs təklif edir. Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır.  Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. “Future Shorts” festivalının Yaz mövsümü toplusu özündə 7 filmi birləşdirir.   


Nümayiş 17-19 fevral 2016 tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində multifunksional otaqda baş tutacaq. Nümayişlərin başlanma vaxtı saat 20:00. Biletləri YARAT Mərkəzində əldə edə bilərsiniz.


Tədbirin xüsusi qonağı Çingiz Mustafayevdir və onun çəkdiyi “İtən xəyallar” qisametrajlı filmi nümayiş olunacaq.


Future Shorts Qış mövsümü 7 filmdən ibarətdir: 

1. EKSKURSİYA (EXCURSION)

Rej. Adrian Sitaru, Rumıniya, 2014, 20 dəq., komediya 

TV xəbərlərindən yadplanetlilərin Rumıniya ərazisinə enməsi barədə eşidən doqquzyaşlı Yucin gedib atasının keşikçi işlədiyi mağazadan bir kamera oğurlayır, gündəlik həyatını lentə almağa başlayır, sonra isə birdən itib yoxa çıxır. O tapıldıqda isə, KİV-lər oğlanın kameraya çəkdiyini tamam yanlış yozurlar...

2. SU ALTINDA QALAN QREYS (GRACE UNDER WATER)

Rej. Entoni Lorens, Avstraliya, 2014, 9 dəq., cizgi filmi 

Lu tərs xasiyyətli və qaradinməz ögey qızı Qreysə qarşı apardığı “soyuq müharibə”də məğlub olmaqdadır. Birdən o, – isti bir günün xəyallar doğuran günorta çağında yaxınlıqdakı hovuzda olarkən – əsla gözlənilməz bir müşkülə düşür. Keçmişi onun bugününə öz kölgəsini salır və Lu sevmək istədiyi o əngəllər çıxaran qızcığazla özü haqqında həqiqətə düz baxmaq məcburiyyəti qarşısında qalır. “Su altında qalan Qreys” yalnız ailə münasibətləri mövqeyindən başa düşülən qorxu ilə sevinc, yadlıqla doğmalıq arasında tarazlığı hədəfə alan bəlağətli bir araşdırmadır. 

3. BÖYÜK ŞİMAL DAĞI (NORTHERN GREAT MOUNTAIN)

Rej. Amanda Kernell, İsveç, 2014, 15 dəq., drama 

78-yaşlı Elle vaxtilə Laplandiya dağlarında böyümüş və Saamilər arasında dil açmış olsa da, Saamiləri heç sevmir. Özü barədə hamıya deyir ki, əsl isveçlidir, yəni cənubludur. Oğlunun təkidi ilə o, könülsüz olsa da, bacısının dəfn mərasimində iştirak etmək üçün yenidən şimala yollanır. Yola çıxar-çıxmazda öyrənir ki, oğlu onların səfər zamanı qohumlarıgildə gecələyəcəklərini artıq planlaşdırmışdır. Bundan imtina edərək, Elle, bütün turistlər kimi, yerli “Grand Hotel” mehmanxanasında özünə yer götürür... 

4. İŞIQLAR, Hurts qrupu (LIGHTS by Hurts)

Rej. Daun Şadfort, Birləşmiş Krallıq, 2015, 7 dəq., musiqili video 

Bu, gecə klubu macərasıdır: ekranda iki yad adam arasında – Teo Hatçkraftın oynadığı (ona xas olan buz kimi soyuq obrazlardan xeyli fərqli təqdim etdiyi) kişi obrazı ilə əhli-kef bir qız arasında tam inandırıcı, əsrarəngiz bir eşq möcüzəsi partlayış kimi baş verir. Özü də bu hələ harasıdır... 

5. VƏTƏNDAŞ GÜNÜ (CITIZEN DAY) 

Rej. Bazil Doqani, Fransa, 2014, 20 dəq., dramatik komediya 

Parisin yaxınlığında yaşayan bir qrup yeniyetmə öz Vətəndaş Gününü Versalda yerləşən hərbi hissədə keçirməlidir. Gənclərdən biri – Kris – gecikdiyinə görə tədbirdən kənarlaşdırılır. Kris birbaşa evə qayıtmaq fikrindədir, ancaq qrupun “maymağı” sayılan Momo onu dilə tutur ki, gününü onunla birlikdə Versal Sarayında keçirsin...

6. SƏNİN SEVİMLİ ŞOULARIN HAMISI (ALL YOUR FAVORITE SHOWS) 

Rej. Denni Madden, ABŞ, 2014, 5 dəq., qarışıq texnika

Görmək istədiyiniz hər şey öz əlinizdədir. Bu, dəlisov bir münasiblikdir. Dəlisov...

7. QİYMƏTLƏNDİR MƏNİ (RATE ME) 

Rej. Fizal Bulifa, Birləşmiş Krallıq, 2015, 17 dəq., komediya 

Yeniyetməlik mövzularına dair onlayn müzakirələrin icmalı kimi başlanan bu ekran əsəri tədricən dönüb, İnternet dövründə yaşayan gənc qadınların ən incə mənlik cəhətlərini və qavrayış xüsusiyyətlərini hədəfə alan təşviqatçı və üzdən ötkəm bir şərhinə çevrilir. Həqiqətən, bircə onu qətiyyətlə demək olar ki, “Koko” ilə tanış olduqlarını iddia edən bütün bu şəxslər əslində, bəlkə də, heç kim və heç nə ilə tanış deyil...


Yerlər məhdud olduğundan festivala giriş dəvətnamə ilədir. Dəvətnamələri öncədən YARAT Mərkəzindən pulsuz götürə bilərsiniz.


Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə).


18 +


Tarix: 17 > 19 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir (dəvətnamə ilədir)


FUTURESHORTS

FACEBOOK

Yüklənir