Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: VOID LAYİH AUDIO & VISUAL PERFORMANCE BY ORKHAN MAMMAD AND FRIENDS

23 Dek - 24 Dek 15

YARAT Müasir İncəsənət Məkanı “VOID” adlı audio-visual tədbirə qoşulmağa dəvət edir. Müasir rəssam və qrafik-dizayner Orxan Məmməd və onun Dihaj, COCA INN, HAZY və George EFFE kimi istedadlı dostları ilə birlikdə ecazkar musiqi və vizual incəsənət aləminə səfər etməyə təklif edir. 


Tədbir YARAT Freestyle layihəsi çərmivəsində təşkil olunmuşdur. Çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir.

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


VOID LAYİHƏSİ

AUDİO/VİSUAL:

01. Are you real? / Origraphy

02. Geceler kecir. Live video experiment / DiHaj & Origraphy

03. VOID / Origraphy, Coca INN, Sekond Floor

04. Balance / Origraphy & Hazy

05. Inside / Origraphy & Georgr Effe


“VOID” adlı tədbirimizə qoşulmağa – geniş yönlü müasir rəssam və qrafik-dizayner Orxan Məmməd və onun Dihaj, COCA INN, HAZY və George EFFE kimi istedadlı dostları ilə birlikdə ecazkar musiqi və vizual incəsənət aləminə səfər etməyə dəvət edirik. Elektron musiqi sədaları ilə müşayiət olunan bu vizual səyahət sizi həm fonda səslənən musiqinin, həm də heyrətamiz vizual fonların ən dərin qatları arasından keçirəcək. Qarşınızda müxtəlif sənət sahələrini təqdim edən canlı performans cərəyan edəcək – müxtəlif incəsənət növlərini təmsil edən gənclərin birgə işini izləmək imkanı açılacaq qarşınızda. Söhbət müştərək təcrübədən gedir, audio və video əsərlərin bir arada istehlakından və yaxud, başqa sözlə – hisslərin hamısına eyni anda səslənən təsirli bir möcüzədən gedir söhbət. 


Buyurun, Siz də gəlin, fikrinizi paylaşın, tədbirimizə qatılın!


Orxan Məmməd – geniş yönlü rəssam, qrafik dizayneri, “Beatiful Minds” hərəkatinin həmtəsisçisi. www.origraphy.com


Tarix: 23 dekabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir