Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: AMERİKA CAZ MUSİQİSİNİN TARİXİ VƏ GABRİELLE STRAVELLİNİN KONSERTİ

18 Noy 15

YARAT Müasir İncəsənət Məkanı geniş, çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


2015-ci il noyabrın 18-də YARAT Müasir İncəsənət Mərkəzində canlı musiqi axşamı keçiriləcək – Gabrielle Stravellinin caz qrupu çıxış edəcək. Tədbir ABŞ-ın Azərbaycandakı Səfirliyinin sponsorluğu ilə hazırlanmışdır.


Gabrielle Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. 


Azərbaycanda olarkən Qabriell Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Müxtəlif mükafatlar qazanmış Qabriell Stravelli hər özünün original mahnılarının ifası, yeni Amerika mahnılarının ifasi həmdə və Dyuk Ellington, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin standrtlarının nümayişi sahəsində dinləyicilərin rəğbətini qazanmışdır. Aktyor olan Qabriell lirikasında Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı bir xüsusi həssaslığa malikdir. Qabriell bu yaxında Nyu Yorkun Metropolitan zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffington Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir.Keçən payız o Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə getmiş və Marsalisin Abissinian: İncil Bayramını ifa etmişdir. 


Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfədir səfər edir. Sözügedən proqram tanınmış Amerika musiqiçilərinin digər ölkələrə səfərini nəzərdə tutaraq mədəniyyət sahəsində anlayışı və əməkdaşlığı inkişaf etdirir. 


Tədbir Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən təşkil olunmuşdu


Tarix: 18 noyabr, 2015

Saat: 19:00 - 20:00  

American Jazz History Presentation

Saat: 20:00 - 21:30    

Gabrielle Stravellinin konserti


Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir