Aprel 2024

FREESTYLE: FUTURE SHORTS / QIŞ MÖVSUMU

07 Fev - 09 Fev 14

YARAT Müasir İncəsənət Məkanı FUTURE SHORTS - dünyanın ən böyük qısametrajlı film festivalının yeni qış mövsümünün açılışını elan edir. Sizin diqqətinizə Fransa, Polşa, Serbiya, Finlandiya və Əfqanıstandan olan 6 qısametrajlı film çatdırılacaq. 


Вakıdakı film nümayişləri Cinemalux kinoteatrının zalında baş tutacaq. 


Film seanslarının cədvəli:

7 fevral – 19:30
8 fevral – 18:00 
9 fevral - 18:00

Ünvan: "Cinemalux", H.Seyidbəyli küç., 18.

Biletləri şəhərin kassalarından əldə etmək olar. 
Biletlərin qiyməti 5 AZN-dir.

 

Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında insanları cuşa gətirən qısametrajlı filmləri nümayiş etdirməklə və bu filimləri çəkən rejissorları geniş ictimaiyyətə təqdim etməklə, “Future Shorts” Festivalı Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlardan ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olub.

 

PROQRAM:

 

1.  MƏN DAİMA DÜŞÜRƏM

Rejissor:  Eduardo Uilliams

Fransa, 2013-cü il

Filmin müddəti : 15 dəq.

Janr: Drama

 

Həyatın mənasını axtaran gənc oğlan öz dostları ilə birlikdə Paris metrosunun dərinliklərinə qərq olur.  Dostlar uzun və maraqlı səyahətə düşürlər. Film “Quinzaine des Realisateurs”-2013, Transcinema-2013, 2013 Belu-Orizonti Qısametrajlı Filmlər Festivalında, 2013 “2 ANNAS”  2013 Riqa Qısametrajlı Filmlər Festivalında,  2013 Lill Qısametrajlı Festivalında nümayiş olunub.

 

2.  ƏLÇATMAZ MƏKANDA

Rejissor: Yakub Stoşek

Polşa, 2011-ci il

Filmin müddəti: 30 dəq.

Janr: Sənədli film

 

Gənc və inadkar bacılar Karolina və Nataliya öz həyatları ilə bağlı heç bir xülyaya qapılmırlar. Zülmkar ataları onlara nəvaziş göstərmir, lakin onlar yəqin bilirlər ki, əsrarəngiz surətdə qeyb olan anaları ilə onların həyatı daha da dözülməz olardı. Festival mükafatları ilə təltif olunmuş bu filmdə, rejissor Yakub Stoşek qızları izləyir və filmin sonunda qızlar analarını taparaq hamını heyrətləndirən bir qərara gəlirlər. Film Sandens Film Festivalının “qısametrajlı filmlər” kateqoriyasında və 50-ci Krakov Film Festivalında xüsusi mükafatla təltif olunub, həmçinin, o,  Mexiko “Qızıl Əjdaha” Festivala “Ən Yaxşı Beynəlxalq Qısametrajlı Film” adını qazanıb.

 

3.  GÖRÜNMƏZ NÖQTƏ

Rejissorlar : Joanna Besye, Nikola Şovelo, Olivye Kler, Sesil Dübua-Ari, İvon Jardel, Simon Rubi-Lazaresku

Fransa, 2007-ci il

Filmin müddəti: 3:13 dəq.

Janr: Cizgi Film/Komediya

 

Oğru qarət məqsədilə mağazaya daxil olur. Görmə qabiliyyəti zəif olan qoca arvad isə alış-verişlə məşğuldur. Qəflətən vəziyyət mənfiyə doğru dəyişir. Film 2008-ci ildə “Cinefondation” Kann Film Festivalında və Ottava Film Festivalında əsas müsabiqə proqramına daxil edilmişdir, həmin il, o SİGGRAPH Festivalında “Ən Yaxşı Tələbə Filmi” kateqoriyasında qalib elan olunub, Zaqrebin “ANİMAFEST” Festivalında isə, tələbə müsabiqəsində iştirak edib.

             

4.  DOVŞANLAR ÖLKƏSİ

Rejissorlar : Anna Nedelkoviç, Nikola Maydak

Serbiya, 2012-ci il

Filmin müddəti: 7 dəq.

Janr: Cizgi film

 

Beynsiz Dovşanlar “kamil” demokratiyanın hökm sürdüyü Dovşanlar Ölkəsində yaşayırlar. Dovşanlar gün uzunu Dovşanlar Ölkəsində hər gün keçirilən demokratik seçkilərdə iştirak edirlər. Axı Dovşanlar Ölkəsində qayda-qanunla demokratiyadır. Film Berlin Beynəlxalq Film Festivalının “Xrustal Ayı” mükafatı ilə təltif olunub, Sarayevo Film Festivalında isə, münsiflər heyəti tərəfindən xüsusi qeyd edilib.

 

5. GÖRÜŞ

Rejissor: Cenni Tolvoniemi

Finlandiya, 2012-ci il

Filmin müddəti: 7 dəq.

Janr: Komediya

 

Tino ailələrində yaşayan erkək pişik Dyablo üçün dişi pişiklə görüş təşkil etməyə çalışanda iki qadın qarşısında öz yetkinliyini sübut etməyə məcburdur. Film Sandens Film Festivalının “Beynəlxalq fantastika” kateqoriyasında münsiflər heyətinin mükafatı ilə təltif olunub və 2013-cü ildə Berlin Film Festivalında iştirak edib.

 

6. “BUZXAŞI OYNAYAN UŞAQLAR”

Rejissor:  Sem Frenç

Əfqanıstan, 2011-ci il

Filmin müddəti: 27 dəq.

Janr: Drama

 

“Buzxaşı oynayan uşaqlar” filmi iki ən yaxın dostun böyüməsi haqqında təsiredici hekayəni nəql edir.  Xarizmatik küçə uşağı və sözə baxmayan dəmirçinin oğlu dünyanın ən əzabkeş ölkəsində böyüyərək öz arzularına çatmaq istəyirlər. Film Los-Anceles Qısametrajlı Filmlər Festivalında “Ən Yaxşı Film” adını qazanmış, “Raindance” Film Festivalında “Ən Yaxşı Xarici Qısametrajlı Film” kateqoriyasında mükafatla təltif olunub, Böyük Britaniyanın Film Festivalında isə, “Ən Yaxşı Operator Çəkilişi” kateqoriyasında qalib elan olunmuşdur.


 

Yüklənir