Aprel 2024

FREESTYLE: FUTURE SHORTS / SUMMER SEASONS / THE WORLD’S LARGEST SHORT FILM FESTIVAL IN BAKU!!!

14 Sen 13

“FUTURE SHORTS”

FESTİVALININ YAY MÖVSÜMÜ

Yaşıl Teatr Konsert zalı

14 sentyabr, 2013

Saat 21:00

Biletləri qiyməti 10 AZN

 

90 ÖLKƏDƏ, 300 ŞƏHƏRDƏ, 6 QİTƏDƏ KEÇİRİLƏN VƏ 1400 NÜMAYİŞDƏN İBARƏT OLAN DÜNYANIN ƏN NƏHƏNG QISAMETRAJLI FİLMLƏR FESTİVALI

 

2013-cü ilin iyul ayı, LONDON - “Future Shorts” və “ Secret Cinema” festivalların yaradıcısı olan və interaktiv tədbirlərin təşkili ilə məşğul olan  “Future Cinema” şirkəti cari ilin 29 iyul tarixində “Future Shorts” Festivalının Yay Mövsümünün açılışını elan edir.

 

Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında insanları cuşa gətirən qısametrajlı filmləri nümayiş etdirməklə və bu filmləri çəkən rejissorları geniş ictimaiyyətə təqdim etməklə, “Future Shorts” Festivalı Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlardan ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olub. Dünyanın 90 ölkəsində “pop-up” janrında təşkil olunan ən böyük film festivalı hər kəs üçün istədiyi məkanda festival nümayişlərini təşkil etməklə özünü qlobal incəsənət ictimaiyyətinin bir hissəsi kimi hiss etmək imkanı yaradır. 

 

“Future Shorts” Festivalın 2013-cü ilin Yay Mövsümü üçün tərtib olunan proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapıb: rejissor Franses Bodomonun çəkdiyi “Boneshaker” (“Sarsıntı”) (ABŞ, 2012) filmində Amerikada azmış Afrika ailəsinin mücadiləsi təsvir olunub; rejissoru Viktor Kerri olan “La Huida” (“Qaçış”) (İspaniya, 2013) filmi müəyyən hadisənin müxtəlif nöqteyi-nəzərdən və prizmadan təhlil olunması haqqında bəhs edən bir tapmacadır; Sara Qunnarsdottirin çəkdiyi “The Pirate of Love” (“Məhəbbət Qulduru”) (İslandiya, 2013) cizgi filmində həvəskar musiqiçi Deniel S. haqqında bəhs edilir; “The Hidden Smile” (“El somriure amagat”, “Gizli Təbəssüm”) adlı filmin rejissoru Ventura Durall  uşaqların qurduğu çiçəklənən cəmiyyətdə hökm sürən dəyərlər haqqında real hekayəni nəql edir;  2013-cü ilin Sandens Festivalında “Ən yaxşı qısametrajlı cizgi filmi” kateqoriyası üzrə qalib elan olunmuş, rejissor Toni Donohyunun çəkdiyi “Irish Folk Furniture” (“İrland Milli Mebeli”) (İrlandiya, 2012) sənədli cizgi filmi ənənəvi İrlan mebelinin tarixçəsidir; və, nəhayət, Maxaliya Belonun çəkdiyi  “Volume” (“Səsin ucalığı”) (Böyük Britaniya, 2012) filmində Corcinanın əsrarəngiz şəkildə qeyb olması qonşusu Sem tərəfindən izah olunur. 


 

Yüklənir