Aprel 2024

FREESTYLE: FUTURE SHORTS / YAZ MÖVSUMU

23 May - 22 İyn 13

YARAT Müasir İncəsənət Məkanı dərin iftixar hissi ilə “Future Shorts” Qısametrajlı Filmlər Festivalının yeni 2013-cü ilin yaz mövsümünün açılışını elan edir və Festivalın 10-illik yubileyini qeyd edir.


Dünyanın ən nəhəng festivalında 90 ölkə, 325 şəhər, 6 qitə təmsil olunub və festival zamanı 1,700 nümayiş keçirilir.
2013-cü ilin aprel-may aylarında Festivalın Yaz Mövsümü çərçivəsində qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma hisslərini təsvir edən 6 qısametrajlı filminin nümayişi nəzərdə tutulub. 


Yaz Mövsümü çərçivəsində “Future Shorts” Festivalının proqramında aşağıda qeyd olunan filmlər öz əksini tapıb: rejissor Qreyncer Deyvidin çəkdiyi və “The south by southwest” Film Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan “Kreslo” filmi (qəfildən qısamüddətli hücum edən və qarşısı alınmaz düşmənlə mübarizə aparan kiçik şəhərin həyatına baxış; ABŞ, 2012-ci il); rejissor Qjeqoş Zariçnının çəkdiyi “Fit” filmi (filmdə futbol liqasının aşağı divizionunda hakim kimi çalışan insanın xəyalları və ümidi təsvir olunub; Polşa, 2012-ci il); rejissor Kanmin Kimin ərsəyə gətirdiyi ata və oğul arasında münasibətləri əks etdirən “38-39°C” cizgi filmi (ABŞ/Cənubi Koreya birgə istehsalı, 2011-ci il); Kann Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan, rejissor Frida Kempffin çəkdiyi “Mikki Beyder” filmi (filmdə yüzyaşlı Mikkinin gündəlik hamamda çimmək tarixçəsi nəql olunur; İsveç/Danimarka, 2009-cu il); rejissor Quto Parentenin yaratdığı “Deyirlər ki, itlər sərsəmləyir” filmi (Braziliya, 2012-ci il); və, nəhayət, 2013-cü ildə Sandens Festivalında “ABŞ Bədii Filmlər” kateqoriyasının qalibi, rejissor Demyen Çeyzelin çəkdiyi “Şok” filmi (ABŞ, 2012-ci il).


Bakıda təşkil olunacaq nümayişlərə aşağıdakı ünvanlarda baxa bilərsiniz:
21 iyun, saat 19:00 və 21:00 (Park Cinema)
22 iyun, saat 19:00 və 21:00 (Metro Park)

 

Biletləri PARK BULVAR və METROPARK kinoteatrlarında əldə edə bilərsiniz.

Biletlərin qiyməti 7 AZN-dir.

Daha ətraflı məlumat 012 5051414


 

Yüklənir