Aprel 2024

FREESTYLE: FUTURESHORTS – QISAMETRAJLI FILMLƏRIN ƏN BÖYÜK FESTIVALI

24 Avq 12

Avqustun 24-də Yaşıl teatrda Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən "Future Shorts" Festivalı çərçivəsində qısametrajlı filmlər nümayiş olunacaq.

Festivalın Yaz Mövsümü sona çatdığına görə, təşkilatçılar bu ilin iyun ayının 1-dən etibarən Festivalın Yay Mövsümü çərçivəsində dünyanın müxtəlif məkanlarında nümayiş olunacaq ən parlaq film nümunələri haqqında məlumat vermək niyyətindədirlər. Yeni Mövsümün əsas favorit filmlərinin sırasında, Oskar mükafatına nominasiya olunmuş və Britaniya Kino və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatının qalibi, rejisor Qrand Oçardın çəkdiyi “Səhər Gəzintisi” filmi (Böyük Britaniya, 2012), Klermon festivalının qalibi, Koreyanın “Qonaq” filmi, habelə Texasın Ostin şəhərində keçirilən “Cənub-cənub-qərb” musiqi, kino və incəsənət festivalının favoriti və qalibi ABŞ-in “Biologiya Konspektləri” filmini qeyd etmək olar.

Daima iştirakçıların sıralarını artıran "Future Shorts" Festivalında təqdim olunan əsərlər artıq 60 ölkənin 160 şəhərində 350 nümayiş seansı ərzində 35,000-dən çox tamaşaçılara altı qitədə nümayiş etdirilir. Artıq iştirakçıların sıralarına İran, Meksika, Tanzaniya, Kanada və Portuqaliya kimi ölkələr də qatılıb. Bu ilin Yaz Mövsümündə isə "Future Shorts" Festivalı Yaponiyada, Böyük Britaniyada və ABŞ-da öz təmsilçiliyini genişləndirdi.

Hazırda "Future Shorts" Festivalının nümayişləri dünyanın bir çox məkanında, o cümlədən Buxarest qəsrində, Londonun Riversayd Studiyalarında, Fələstinin Cənnin şəhərinin kinoteatrında, Təl-Əvivin Ozen Barında, Beyrutun "Art Lounge" İncəsənət məkanında, San-Paolonun Vudu Rəqqasların Qalasında, Tanzaniyanın Nafazi İncəsənət məkanında, Dubayın Yol Qalereyasında və Bosniyanın Gənclərin Mədəniyyət Mərkəzində keçirilir. 

"Future Shorts" Festivalının Yay Mövsümü nümayişləri, həmçinin Londonun Sent-Martins Leyn və Sanderson otellərində keçiriləcək.



FESTİVALIN YAY MÖVSÜMÜNÜN RÜBLÜK PROQRAMININ ƏSAS MƏQAMLARI:

"Future Shorts" Festivalının Yay Mövsümü Proqramı çərçivəsində göstəriləcək filmlər 2012-ci ilin iyun ayının 1-dən avqust ayının 31-dək nümayiş etdiriləcək.

Yay Mövsümünün Ən Parlaq Əsərləri:

“Səhər Gəzintisi” (2012); rejissor - Qrand Oçard

Böyük Britaniya, Filmin Nümayiş Müddəti- 7 dəqiqə

Bu film, öncədən Britaniyanın Kino və Televiziya İncəsənəti Akademiyasının mükafatını qazanan “Ulduz Gözəlçə” filmini istehsal edən AKA Studiyasının məhsuludur. Rejissor Qrand Oçardın çəkdiyi “Səhər Gəzintisi” filmində bir Nyu-York sakininin bir toyuqla görüşü təsvir olunur. Bu tarixçə üç aktda nümayiş etdirilir və yüzilllik müddəti əhatə edir. Bu maraqlı film artıq Britaniyanın Kino və Televiziya İncəsənəti Akademiyasının və “Günəş Rəqsi” Festivalının Münsiflər Heyətinin mükafatlarını qazanıb və Oskarın “Ən yaxşı qısametrajlı film” kateqoriyasına nominasiya olunub.

“Qonaq” (2011); rejissor - Qa Eun Yun

Cənubi Koreya, Filmin Nümayiş Müddəti- 20 dəqiqə

Öz atasının yaşadığı eşq macərasından qəzəblənən yeniyetmə atasının məşuqəsinin yaşadığı evinə onun iki azyaşlı uşaqlarını tapmaq məqsədilə soxulur. Film 2012-ci ildə Klermon-Ferranda keçirilən festivalda Beynəlxalq Qran-Pri mükafatına sahib çıxıb. “Qonaq” filmi Koreyanın İncəsənət Universitetinin Filmlərin Çəkilməsi Proqramının çərçivəsində yaşdankənar ehtirasların ekspressiyası janrında istehsal olunan filmlərin əyani nümunəsidir.

“Biologiya Konspektləri” (2011); rejissor -Uil Medden

ABŞ, Filmin Nümayiş Müddəti - 6 dəqiqə

Film kadrbakadr çəkilişi rejimində çəkilib və “Cənub-cənub-qərb” festivalının “Ən yaxşı qısametrajlı film” nominasiyasının qalibi olub. Omana Film Studiyasının istedadlı əllərindən çıxmış bu əsərdə, hadisələr biologiya dərsində tələbələrin təxəyyülü ətrafında cərəyan edir.



FESTİVAL HAQQINDA ZƏRURİ MƏLUMAT:

"Future Shorts" Festivalı dünyada qısametrajlı filmlərin ən böyük yayım şəbəkəsidir.

"Future Shorts" tamaşaçıları kinematoqrafiya və mədəniyyət aləminə daxil edən dünyanın ən məhsuldar və innovative film yayımı təşkilatıdır. Sərgilər, yayım və təcrübə tədbirləri təşkil etməklə "Future Shorts" qarşısına tamaşaçıların filmlərin qavrayış təəsüratlarını dəyişmək məqsədini qoyub.

"Future Shorts" yeni tamaşaçılar auditoriyasının formalaşması, təcrübə və filmlərin qavranması ilə bağlı alternativ tələbin qarşılanmasıyla əlaqəli səkkizillik gərgin əməyin bəhrəsidir. 2003-cü ildən etibarən Biz dünyada keyfiyyətcə yeni tamaşaçılar auditoriyasını formalaşdırmağa, habelə milyonlarla tamaşaçıların məşhur kinomatoqrafların əsərlərinə çıxışın əldə olunması məqsədilə məkan yaradılmasına nail olduq


 

Yüklənir