Aprel 2024

FUTURE SHORTS FESTİVALI, HOLLİVUDUN ƏKS ÜZÜ!:

14 Apr 12

Bakıda "Future Shorts" qısametrajlı kino festivalı keçiriləcək

 

Bakıda "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə "Future Shorts" qısametrajlı kino yaz festivalı keçiriləcək.

 

Trend-in məlumatına görə, "Future Shorts" 2003-cü ildən keçirilən beynəlxalq qısametrajlı kino və animasiya festivalları şəbəkəsidir. "The Future Shorts" festivalının məqsədi və fərqli xüsusiyyəti post-kommunistik Buxarestin (Rumıniya) bələdiyyə binalarından, Bəsrənin (İraq) əsgər düşərgələrindən Ost (Texas) filmlərinə və Ho Şi Min (Vyetnam) şokedici filmlərinə qədər bir növ "digər Hollivud" filmləri təqdim etməklə dünyanı bizim cəmiyyətin və tamaşaçının gördüyü kimi göstərməkdir. Bu, 2 milyonluq auditoriya ilə kinematoqrafiyanın növbəti dalğasıdır.

 

"Future Shorts" proqramları müasir qısametrajlı incəsənətin bir hissəsi anlamına gəlir. Təşkilatçılar balansa riayət etməyə çalışacaq, buna görə də proqramlar son festival hitləri, tanınmış kinorejissorların işi və animasiya lentlərindən ibarətdir.

 

Təqdim edilən filmlər arasında Neş Edgertonun Kann və Sandens kinofestivallarında uğur qazanmış "Ayı" qısametrajlı filmi, Sem Teylorun BAFTA nominasiyalı "Səni çox sevirəm" filmi və Spayk Consun yeni işi var.

 

Kabuldən Tokioya; Qahirədən Los-Ancelesə; Afinadan Bakıya qədər - bu, kinofestivalların gələcək nəslidir. "Future Shorts" festivalının təkrar baxışı və 2011-ci ilin noyabrında qış mövsümündən sonra bütün dünyada tamaşaçıların sayı 3 dəfə artaraq 55 ölkədə və 150 şəhərdə 25 minə nəfərə çatıb, beynəlxalq festivalların və nüfuzlu qurumların iri şəbəkələrinin bütün nöqtələrində ən parlaq qısametrajlı filmlər nümayiş etdirilir və bütün dünyadan rejsissorlar təqdim edilir. Proqramın işə salınmasından sonra "Future Shorts" festivalının coğrafiyası rüblük formatda 15 ölkə və 55 şəhəri əhatə edib.

 

"Future Shorts"un yaradıcısı və kreativ direktoru Fabien Rigall deyib: "Future Shorts" festivalı insanlara, harada olmalarından asılı olmayaraq, şəxsi mini-film festivalını təşkil etmək, kinematoqraflara isə bütün dünyada öz işlərini maksimum geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Baxışlarda birbaşa iştirak edən 25 000 tamaşaçı və festivalın gedişatını FS-kanalı vasitəsilə izləyən 2 milyon tamaşaçısı olan bu festival arzulayan şəxsin iştirak edə biləcəyi  gələcək nəslin festivalıdır".

 

"Future Shorts" festivalının Qahirədə nümayişinin tərəfdaşı Kərim əl-Şafei deyib: "İlin əvvəlində, inqilab zamanı polislərin küçəni tərk etdiyi vaxtlarda, misirlilər arasındakı bağlar sınağa çəkilmişdi. Biz ətrafı qaçmış məhbuslardan qorumaq üçün küçələrdə açıq havada gecələməyə məcbur olurduq. "Future Shorts" dostluq ruhunun ən yüksək zirvədə olduğu anda gəldi; incəsənət gecələrini keçirmək üçün cəmiyyətin birliklərində iştirak insanlara öz arzularına sadiq qalmağa güc və stimul verir".

 

Bakıda aprelin 14-də "Nizami" kinoteatrtında 7 klassik, kult və ən çox mükafatlandırılan qısametrajlı filmlər təqdim ediləcək.

 

"Mourir Auprès de Toi" ("Sənin yanında ölmək") Rej.: Spayk Cons və Simon Kan, 2011, Fransa

"Səni daha çox sevirəm" – Rej.: Sem Teylor-Vud, 2007, Böyük Britaniya

"Ayı" – rej.: Neş Edgerton, 2011, Avstraliya

"L’Homme Sanse Tete" ("Başsız adam") – Rej.: Xuan Solanas, 2003, Fransa

"Dördbucaq" – rej.: Emi Qrappel, 2010, ABŞ

"Venus" – rej.: Tor Frürqard, 2012, Danimarka

"The Arm" ("Əl") – rej.: Bri Larson, Sara Ramos, Cessi Ennis, 2012, ABŞ

 

Biletlərin qiyməti 10 manatdır. 


 

Yüklənir