Aprel 2024

FREESTYLE: FUTURE SHORTS DÜNYANIN ƏN MÖHTƏŞƏM POP-UP FILM FESTIVALI :

27 Yan 12

011-ci il noyabr ayında başlanan FSF dünyanın ilk qlobal Pop-Up festivalına çevrildi və bütün dünya üzrə ən heyrətamiz filmləri yayımladı. İstənilən şəxs istənilən yerdə səhnə əsərini ərsəyə gətirə və bu möhtəşəm kino şəbəkəsinin və qlobal birliyin bir hissəsinə çevrilə bilər. Festival hal-hazırda dünyanın 133-dənçox şəhər və 50 ölkəsində keçirilir və canlı yaxud sərbəst şəkildə yarım milyona qədər dünya tamaşaçısını öz ətrafına toplayır. 2003-cü ildən FSF öz formatına uyğun olaraq, bir proqram daxilində dünyanın ən yaxşı qısametrajlı filmlərini nümayiş etdirir. Bu proqram adətən canlı musiqi, DJ və ya hər hansı bir incəsənət növü ilə müşaiyət olunur. Londondan Moskvaya, Melbörndan Cakartaya qədər uzanan bu nümayışlər nəhəng musiqi zalları, teatr və kinoteatrlar, qalereya və klubları aşaraq, ənənəvi kino festivalına alternativ yaradır.

"FSF film yaradıcıları və tamaşaçılarını bir yerə toplayaraq, hər bir kəsə istənilən ərazidə öz əsərlərini nümayişetdirmək, ideya,yaradıcılıq əsərlərini və hekayələrini bütün dünya ilə paylaşmaq şansı verir",- FSF-in yaradıcısı və direktoru Fabien Riqqoll belə söyləyir.

FSF bütün sərhəd və şərtləri aşaraq,bəşəriyyəti yer üzünün ən yaxşı film festivalına bağlayır. Artıq tanınmış "Secret Cinema" yaradıcıları tərəfindən həyata keçirilən FSF bizim adət etdiyimiz kino təcrübəsinə rəngarənglik qatır.Festival kinonu ünsiyyət vasitəsi və birlik kimi həqiqi bir təntənəyə çevirir. Başqa cür desək, FSF kino festivalı nümayişinin ənənəvi modelindən uzaqlaşan və bəşəriyyət ilə həqiqi dialoq yaradan film yaradıcıları haqdadır.

Noyabr ayından start götürən və FSF-in bir hissəsi olan bu proses dünya səviyyəsində hər kəs üçün əlçatan olacaqdır.

 

İstənilən şəxs istənilən yerdə öz kino festivalını yarada bilər.

Daha ətraflı məlumat almaq üçün www.futureshorts.com/festival linkinə keçin!


 

Yüklənir