Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: MÜHAZİRƏ-SEMİNARI İNSAN DİZAYNI

31 May 17

YARAT Müasir İncəsənət Məkanı Sizi İnsan Dizaynı adlı mühazirə seminara dəvət edir. 


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


“İnsan dizaynı” (Human Design) – ötən əsrin 80-ci illərinin sonlarında meydana gələn və 25 ildən çox müddətdə özünü son dərəcə güclü “özünüdərk aləti” kimi təsdiqləyən elmdir. Məhz insanın özü, “öz dizaynını yaşayan” insanın əsas təcrübəsidir. İnsan dizaynı – insanın cismani bədəni haqqındadır. İnsan dizaynı – öz unikal vücudumuzda özümüzü necə hiss etməyimiz, bizə ən çox hansı amillərin təsir göstərməsi haqqındadır. İnsan dizaynı – bu bir təlimatdır və onu oxumaq heç zaman gec deyil... 


Öz “dizaynımız” haqqında biliklər bizə bu imkanları təqdim edəcək:

* Təbii qərarların qəbulu üsulumuzu bilmək

* “Biz kimik” və “biz kim deyilik” suallarının cavabını anlamaq

* Bizim özümüz olmaqdan başqa digər seçimimizin olmamasını qəbul etmək

* Öz emosionallığımızın təbiətini anlamaq

* Bu dünyada öz əvəzolunmaz yerimizi dərk etmək

* Müqayisələr və sübutlar olmadan özümüzlə və başqaları ilə razılığa gəlmək


“Öz dizaynımızı” yaşamaqla, bütün bunları gerçəkləşdirəcək. Prosesin gedişatında, biz, şəxsi eksperimentimizdə bizi dəstəkləyəcək fərdi açarları əldə edəcəyik.


Seminar proqramında:

1. İnsan dizaynının nə olduğunu, onun necə yarandığını və niyə məhz Sizin haqqınızda olduğunu öyrənəcəyik;

2. Hisslər səviyyəsində bu elmin əsaslarını və enerji mərkəzlərini araşdıracağıq;

3. Yanlış strategiyaları anadangəlmə strategiyalardan ayıracağıq;

4. Generatorlar, Proyektorlar, Manifestorlar və Reflektorlar haqqında əsas bilgiləri öyrənəcəyik;

5. Bir-birimizlə effektiv əlaqəyə daxil olmağı öyrənəcəyik;

6. Sizin tipini qərar qəbulu prosesini necə müəyyən etdiyini aşkar edəcəyik;

7. Yalnız canlı aparılan interaktivdə öz “dizaynımızı” hiss edəcəyik.

 


Seminarın aparıcısı  Elnarə Rəsulovadır. Elnarə insan dizaynı elmi üzrə ən güclü müəllimlərdən biri sayılan Aqris Çukursun ona ötürdüyü unikal bilikləri bizimlə bölüşmək üçün qonağımız olacaq. 


Tarix: 31 may, 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığında)

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir