Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: LƏMAN DADAŞOVA

09 Mar 18

YARAT Freestyle sizi gənc ifaçı Ləman Dadaşovanın konsertinə dəvət edir.


Ləman Dadaşova caz, pop, caz-rok, rok və klassika daxil olmaqla, ən müxtəlif musiqi janrlarında mahnılar ifa edən, çox nadir kontralto səs tembrinə malik gənc müğənnidir. 2016-cı ildə “Səs” (Azərbaycan) televiziya layihəsinin yarımfinalçısı olan müğənni, öz qeyri-adiliyi, səmimiyyəti, açıqürəkliliyi və təbiiliyi ilə tamaşaçıların yaddaşında qalıb. 2017-ci ildə “Tək deyiləm” adlı ilk mahnısına çəkilmiş klipi təqdim edib.


Anar Yusufovun qrupunun müşayiəti ilə konsert zamanı Azərbaycan klassik mahnıları, həmçinin caz və pop üslubunda məşhur xarici mahnıların kaver versiyaları ifa olunacaq.


Tarix: 9 mart, 2018

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə)

Giriş: Yerlərin sayı məhduddur. Xahiş edirik, iştirak üçün 0125051414 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçəsiniz.

Yüklənir