Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: CAVAD CAVADZADƏNİN MUSİQİ AXŞAMI

14 Mar 18

YARAT Müasir İncəsənət Məkanı istedadlı kontrabas ifaçısı Cavad Cavadzadənin musiqi axşamına dəvət edir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Cavad Cavadzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olub və Gürcüstan Filarmoniyasının orkestrində baş kontrabasçı vəzifəsində çalışıb. O, Maestro Rauf Abdullayev, Nikoloz Rahveli, Ennio Morrikone, Maksim Vengerov, Laurent Petiggirard, Peter Rundel, İqnat Soljenitsın və Ser Neville Marriner kimi dirijorların rəhbərliyi altında çıxış edib.


Cavad Cavadzadə “Georgian Strings” Kamera Orkestrinin heyətində Beyrutda keçirilən 23-cü Əl-Bustan Festivalında iştirak edib. O, Almaniyada C.M. Sperger adına müsabiqənin laureatı və İtaliyanın Corato şəhərində keçirilmiş 18-ci EUTERPE Beynəlxalq musiqi müsabiqəsinin qalibidir. Sənətçi Rüfət Ramazanov, Xədicə Zeynalova və Dmitri Smirnov kimi müasir bəstəkarların əsərlərinin ilk ifaçısıdır. 2011-ci ildən başlayaraq Adel Cavadzadə (fortepiano) ilə duetdədir. Cavad Cavadzadə həmçinin “Metamorphoses” ansamblının bədii rəhbəridir. Musiqiçi 2017-ci ildə fransız ustası Riçard Gonon tərəfindən yaradılmış alətdə ifa edir.


Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.


Qeydiyyat üçün əlaqə: +99412 505 14 14, +994502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır


Tarix: 14 mart, 2018

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Giriş sərbəstdir

Yüklənir