Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FREESTYLE: ŞAĞ TAMAŞASI

13 İyl 18

YARAT Müasir İncəsənət Məkanı “Şağ” adlı eksperimental tamaşaya baxmağa dəvət edir. 


Tamaşa Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Bu, bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. “Şağ” tamaşa-sərgi janrındadır və daha çox aksiya xarakterlidir. 


Tamaşanın aktyorları dOM Teatrı və ASMART Creative Hub-ın birgə layihəsi olan “Poliqon” Yaradıcılıq Platformasının iştirakçılarıdırlar. Poliqon Platforması teatr məkanında alternativ ideyaların realizəsini nəzərdə tutan yaradıcı birlikdir. Burda teatr sahəsində təcrübəsi olmayan gənclər toplaşmışdır. 


“Şağ” tamaşası onların debüt çıxışıdır. Aktyorların tamaşa zamanı oyunu Poliqon Platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulmuşdur. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda göstərilən bir neçə hadisədən ibarətdir. Onu da əlavə etməyi lazım bilirik ki, tamaşanın nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, “Şağ” tamaşası tam formatda interaktivliyə malikdir. Yəni, oyunçu-seyrçi səddi aradan götürülür, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında yişiklik etməyə hazır olmaqları xahiş edilir. 


Tarix: 13 iyul, 2018

Saat: 19:30

Məkan: YARAT Mərkəzi 

Giriş sərbəstdir

Yüklənir