Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: İNDONEZIYA İSLAM MEMARLIQ FORUMU

14 Sen 18

3-cü İndoneziya Mədəniyyət Festivalının bir hissəsi kimi, İndoneziya Respublikasının Bakıdakı Səfirliyi və YARAT Müasir İncəsənət Məkanın birgə təşkilatçılığı ilə İndoneziya İslam Memarlıq İrsi mövzusunda 14 sentyabr tarixində Memarlıq Forumu keçiriləcəkdir. 


Foruma İndoneziya Memarlıq Assosiasiyasının sədri, tanınmış memar Muniçi Baxron Edres rəhbərlik edəcəkdir. O, müsəlman irsləri arasında müxtəlif incəsənət və mədəni mirasların təsirinə məruz qalmış İndoneziyanın zəngin memarlığını təqdim edəcəkdir. Həmçinin, natiqin təqdim edəcəyi mövzulardan biri qeyri-adi müsəlman yaşayış məntəqəsi olan, Sultan sarayı ilə və xüsusi Yava kosmologiya və fəlsəfəsinə əsaslanan dizaynı ilə, Yava adasının ənənəvi və tarixi şəhəri olan Coqcakartanın mərkəzində yerləşən Kauman kəndi haqqındadır. 


Bu forum həmçinin dialoq, fikirlər mübadiləsi və İndoneziya haqqında bilik və Azərbaycan memarlığı, incəsənət və dizaynı haqqında məlumat almaq üçün bir fürsətdir.

Muniçi Baxron Edres, M.Memar, İAİ, AA indoneziyalı memar və rəssam. Coqcakarta şəhərində yaşayır və işləyir. O, İndoneziya Memarlıq Assosiasiyasının sədri və Coqcakarta İslam Universitetinin professorudur. O, həmçinin rəngkarlıqla məşğul olur və öz şəxsi qalereyasına sahibdir. 


Forum bahasa dilindən Azərbaycan dilinə tərcümə ilə keçiriləcəkdir


Tarix: 14 Sentyabr, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir