Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: UŞAQ MUSİQİ TEATRI BURATİNO

28 Fev 19

YARAT Müasir İncəsənət Məkanı Bakı Musiqi Akademiyası məktəb studiyasının Uşaq musiqi teatrının ifasında maraqlı bir tamaşa səyahətinə dəvət edir.


Bu teatrda artıq bir neçə nəsil gənc aktyorlar yeniləri ilə əvəz olunub. Demək olar ki, 40 il əvvəl onun bədii rəhbəri professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.

Uşaq musiqi teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar toplanmışdır. Bu, həm məşhur “Bremen musiqiçiləri”, həm ciddi mini-opera adlandırıla biləcək “İsgəndər və çoban”, həm tarixi-musiqili bir səyahət olan “Mən səni sevirəm, Xəzər!”, həm də ən müasir musiqili revyu – “Ulduzlar enəndə” tamaşalarıdır.

Bu dəfə teatr kollektivi klassikaya, Aleksey Tolstoyun ölməz və sevimli “Buratino”suna və bəstəkar Aleksey Rıbnikovun gözəl musiqisinə müraciət etmişlər. Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edir və oxuyur, həm də özlərini “maskalar komediyası” janrında sınadılar.


Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edir. Tamaşa kifayət qədər ciddi musiqi materialını sərgiləyir.


Quruluşçu rejissor: Elvin Mirzəyev


Tarix: 28 fevral, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir

Yüklənir