Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: CAZ AXŞAMI

02 Avq 19

YARAT Müasir İncəsənət Məkanı bütün caz həvəskarlarıYARAT FreeStyle layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək “Caz axşamı” adlı konsertinə dəvət edir.


Konsert zamanı qabaqcıl yerli caz musiqiçilərinin ifasında sehrli caz musiqisindən zövq alacaqsınız. Seymur Əliyevin rəhbərliyi ilə peşəkar trio sizi muzeyin rahat ab-havasında cazın estetikasına qərq olmağa dəvət edirik.


Konsertdən əvvəl tədbir qonaqları dahi Azərbaycan sənətkarı Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə tanış ola biləcəklər.


İştirakçılar:

Seymur Əliyev (Piano)

Səlim Rzayev (Zərb alətləri)

Rauf Sultanov (Bas-gitara)


Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin və Turku Musiqi və Rəqs Konservatoriyasının (Finlandiya) məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir. O, bir çox beynəlxalq və yerli festivallarının iştirakçısıdır.


Səlim Rzayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2012-2014-cü illərdə Bakı Caz Festivalında iştirak edib.


Rauf Sultanov Rafiq Babayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Televiziya və Radio Estrada-Simfonik Orkestrinin və orkestr nəzdində “Cəngi” caz qrupunda fəaliyyət göstərib. Eldar Rzaquluzadənin rəhbərlik etdiyi “Sindikat” qrupunun üzvüdür. Bir sıra festivalların iştirakçısıdır, o cümlədən: Novosibirsk İnternational Jazz Festival (Rusiya, 1998), Caspian Jazz and Blues (Bakı, 2002), Baku Jazz Festival (Azərbaycan, 2004-2007).


Tarix: 2 avqust, 2019
Saat: 19:30
Məkan: Rəngkarlıq Muzeyi
Giriş sərbəstdir


Əlaqə nömrələri: +99412 505 7718; +99450 251 41 15

Yüklənir