Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: AKVARİUM LAYİHƏSİ

28 Fev 20

YARAT Müasir İncəsənət Məkanı Freestyle layihə çərçivəsində “Akvarium” multidistiplinar layihəsinin təqdimatına dəvət edir.


“Akvarium” layihəsinin özülündə  incəsənətin müxtəlif istiqamətləri və ilham mənbəyinin hədsizliyi arasında sərhədlərin olmaması ideyası dayanır.

Layihənin iştirakçıları – musiqiçilər, ədəbiyyatçılar, rəssamlar və s. bir-birlərinin yaradıcılığından ilhamlanır və xüsusi bir mühit yaradırlar; bu mühitdə, hər kəsin fikirləri və emosiyaları, digərlərinin yaradıcılığını ilhamlandırır və “qidalandırır”.

Layihənin kuratorları yazıçı, bloqqer, 2015-ci ilin payızında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin versiyasına görə "bestseller" olan "Mən zibiləm" povestinin müəllifi Natella Osmanlı və "Simurq" festivalının müəllifi və rəhbəri, pedaqoq, milli və beynəlxalq müsabiqələrin laureatı, pianoçu Səidə Tağızadədir.

Layihədə məşhur rəssamlar Vüqar Əli və Elmir Hüseynov, eləcə də teatr və kino aktyoru Kamran Ağabalayev iştirak edəcək və onun ifasında 2 qısa hekayə səslənəcək.


Proqramın finalında tamaşaçaları musiqili sürpriz gözləyir!


Tarix: 28 fevral, 2020

Saat: 19:30

Giriş sərbəstdir

Yüklənir