Aprel 2024

AÇIQ HAVADA BAKI POEZİYA FESTİVALI

15 Sen 13

 

Cari ilin sentyabr ayının 15-də, Bakının mərkəzində əsas məqsədi Azərbaycanda və xaricdə müasir incəsənətinin dəstəklənməsi olan qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən YARAT Müasir İncəsənət Məkanı birgünlük poeziya festivalı təşkil edəcək.  Açıq səma altında keçirilən bu cür tədbir Bakının tarixində ilk dəfə olaraq təşkil olunacaq, və bu tədbirin çərçivəsində dörd gənc Azərbaycan aktyoru və teatrla bağlı ali təhsil ocaqlarının tələbələri 10 müasir Azərbaycan şairinin ərsəyə gətirdiyi şerləri oxuyacaq. 

Yuxarıda qeyd olunan aktyor və tələbələr- Kənan İsmayılov, Məhərrəm Quliyev, Elvin İsmayıllı, Aynur Hüseynova- Əli Xəyyam, Aqşin Yenisey, Feyziyyə, Sima Ənnağı, Rasim Qaraca, İradə Dəstəxanlı, Sevinc Pərvanə, Aliyə Əsədova, Aytən Nəsibbəyli, Sevinc Çılğın kimi ustad şairlərimizin əsərlərini ifa edəcək. 

Festival tədbiri saat 19:00-da başlayacaq və saat 21:00-dək davam edəcək. Festival təşkilatçıları tədbirin keçiriləcəyi məkan kimi “McDonalds” restoranı ilə “Xəqani” Ticarət Mərkəzi arasında yerləşən kitab passajını seçmək qərarına gəlib. 

Tarix: 15 sentyabr, 2013
Saat: 19:00 - 21:00 
Ünvan: N.Rəfibəyli küç. 35 (Fəvvarələr meydanına yaxın)
Ətraflı məlumat üçün: 012 505 1414


 

Yüklənir