May 2018

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT AKADEMİYASI 2018: QOŞULUN, İŞTİRAK EDİN!

02 Apr - 11 May 18

YARAT AKADEMİYASI 2018 

(Aprel – May)


YARAT Müasir İncəsənət Məkanı sizi növbəti YARAT Akademiyasının 4-cü hissəsinə dəvət edir.


Təsvir

YARAT Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyi qarşısına məqsəd qoyaraq, geniş resurs və imkanlara malikdir.

Xarici və yerli incəsənət ekspertləri tərəfindən keçirilən mühazirə və ustad dərslər - həm bu sahədə təhsil alan, həm də həvəskarlar üçün incəsənət dünyasını daha da dərindən tanımaq üçün əvəzolunmaz fürsətdir.


2018 Yaz sessiyası - Tədris proqramı



2 aprel, 2018 / 19:00 /// 9 aprel, 2018 / 19:00

KONSEPTUAL İNCƏSƏNƏT

Lektor: Dilarə Vahabova

Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və diplom işini Bizans incəsənətinin problemlərinə həsr edib. Post-modernizm haqqında Kaliforniya Universitetində elmi təcrübə keçib. Bir çox beynaıxalq konferesiyalarinda iştirak edib və bir çox beynalxalq sərgilərin kuratoru sayılır. Bu sırada Azərbaycan incəsənətinin Stavenqer şəhərində sərgisi (Norvej) 2006-2007, Təsviri İncəsənət üzrə Beynalxaq Festival (Gəncə) 2007 və Müasir İncəsənət üzrə “Alyuminiy” adlı Bakı Biyenalisi, 2009, 2012. Müasir Azərbaycan incsənətinin mövcud olan problemlərinə, eləcə də müasir Azərbaycan rəssamlarının əsərlərinə həsr olunmuş 120-ə yaxın elmi işlərin müəllifidir



13 aprel, 2018 / 19:00

YENİ TEXNOLOGİYALAR VƏ İNCƏSƏNƏT

Lektor: Suad Qarayeva – Maleki 

Suad Qarayeva-Maleki Londonda yerləşən Sotheby's auksionunda Rusiya və MDB ölkələrinin müasir incəsənəti sahəsi üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. O, 2013 və 2014-cü illərdə keçirilən “At the Crossroads” kimi novator sərgilərin kuratorudur. Həmçinin o, Şərqi Avropa ölkələri və Rusiyanın müasir incəsənəti üzrə satış şöbəsinə rəhbərlik etmişdir. Suad Qarayeva-Maleki çoxsaylı beynəlxalq sərgilərin kuratorudur. 53-cü və 54-cü Venesiya Biennalelərində Azərbaycan pavilyonunun kuratoru olub. Son kuratorluq fəaliyyətindən (Lorenso Balbi ilə birgə) 2018-ci ilin əvvəlində İtaliyanın Bolonya şəhərində keçirilən “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgini də qeyd etmək olar.



18 aprel, 2018 / 19:00

SOVET DÖVRÜNDƏN SONRA AZƏRBAYCAN İNCƏSƏNƏTİ

Lektor: Sabina Şixlinskaya

Sabina Şıxlinskaya Azərbaycanlı rəssam və müstəqil kuratordur. Rəssamlıq, video və fotoqrafiya işləyir. 90-cı illərdə o, öz yaradıcılığını konseptual incəsənətə yönəltdi. Rəssam və kurator Azərbaycanda konseptual sənətin qabaqcıllarından biridir. Şıxlinskayanın yaradıcılığı ilə fərdi və cəmiyyət arasındakı əlaqələrin aktual problemlərini araşdırır. Səbinə Şıxlinskaya tərəfindən təşkil edilən incəsənət layihələrində ictimai mövzu da yüksək prioritetdir.


 
20 aprel, 2018 / 19:00

VISIBLE PROJECT

Lektor: Cudit Vayleander və Matteo Luçetti 

Cudit Vayleander Belçikanın Brüssel şəhərində yaşayan müstəqil kuratordur. Onun kuratorluq fəaliyyətinin əsas diqqəti incəsənətin siyasi və sosial hadisələrlə olan kəsişməsinə yönəlib. O, Matteo Luçetti ilə birlikdə “Visible” layihəsinin həm üzvü həmdə təsisçisidir. Bu layihə ilk növbədə araşdırma və təqqiqat layihəsi olmaqla yanaşı, qlobal miqyaslı ictimayət üçün əhəmiyyətlilik daşıyan incəsənət fəaliyyətinə həsr olunmuş ilk Avropanın istehsal məqsədli bienale mükafatıdır. Cudit, Brüssel 2016 Le Jardin Essentiel Parckdesign və 2014-cü ildə 14-cü La Biennale di Venezia Beynəlxalq Memarlıq Sərgisində Belçika Pavilionunun birgə kuratoru, Evento II - Urban Art Biennale Bordeaux 2010, Atti Demokratik 2009 və Turin Biennale Big Social Game tədbirlərinin kuratoru olmuşdur. 2001-2009-cü illərdə Pistoletto Fondunun kuratoru vəzifəsində çalışıb və müasir əfsanələr - Wael Shawky (Cabaret Crussades və Horror Show File film trilogiyasıların başlanğıcına təkan vermişdir), C'est à ce prix que vous mangez du sucre, Place Beyond Borders, Turning-point/ Literature-Writing the Transformation. 

-

Matteo Luçetti italyan mənşəli kurator, sənətşünas və yazıçıdır. O, Ultrex şəhərində yerləşən “BAK” (basis voor actuele kunst) məkanın sərgi və müxtəlif icma layihələrinin kuratorudur. Onun əsas kürd maraqları incəsənətin və sənətkarın cəmiyyətdəki rolunu yenidən təyin edən bədii təcrübələrə yönəlib. Onun kurator fəaliyyəti çərçivəsində Marinella Senatore: Piazza Universale, Social stages, Queens Muzeyi, Nyu-York, 2017, De Rerum Rurale, 16th Rome Quadriennale, 2016, Don’t Embarrass the Bureau, Lunds Konsthall, Lund, 2014, Enacting Populism in its Mediæscape, Kadist Art Foundation, Paris, 2012 və Practicing Memory, Fondazione Pistoletto, Biella, 2010 kimi layihələr yer alır. Luçetti kurator fəaliyyəti zamanında, Laurent Eu Hamdan, Rossella Biscotti, Nástio Mosquito, Marinella Senatore, Jonas Staal, SUPERFLEX, Stefanos Tsivopoulos, Pilvi Takala və Stephen Willats kimi sənətkarlarla işləmişdir. 2010-cu ildən etibarən Luçetti Judit Vayleander ilə birgə, Pistoletto Fondu, Biella və Fondazione Zegna, Trivero tərəfindən dəstəklənən, “Visible” adlanan qlobal miqyaslı ictimayət üçün əhəmiyyətlilik daşıyan incəsənət fəaliyyətinə həsr olunmuş ilk Avropanın istehsal məqsədli bienale mükafatının birgə kuratoru olmuşdur. Luçetti, Para Site, Hong Kong, Kadist Art Foundation, Paris; and AIR, Antwerp-də resident kurator kimi çalışmışdır. 2010-cu ildə BAK-da resident fəaliyyəti dövründə Luçetti, Former West layihəsi çərçivəsində tədqiqatın yeni, rəqəmsal arxiv olan, onlayn platforması üçün kuratorluq və disskussiya imkanlarını inkişaf etdirmişdir. O, Centre d’Art Contemporain, Geneva və Steirischer Herbst, Graz, Centre for Historical Reenactments, Johannesburg -da bir sıra seminarlar, debatlar və müzakirələri təşkil etmiş və birbaşa iştirak etmişdir, eyni zamanda qonaq mühazirəçi kimi HISK, Gent, Piet Zwart İnstitutu, Rotterdam, Sint Lucas Antwerpen, Antwerp və Accademia di Belle Arti di Brera, Milan dəvət olunmuşdur. Luçetti Mousse Magazine, Manifesta Journal və Art Agenda kimi jurnallarla da əməkadaşlıq etmişdir.



27 aprel, 2018 / 19:00

MODADA İNCƏSƏNƏT

Lektor: Silvio Betterelli

Silvio Betterelli, Sardiniyada tekstil, Milanda dəb dizaynerı, İngiltərə Plimouth Universitetində isə təsviri incəsənət və tekstil dizayneri üzrə təhsil alıb. 2008-ci ildə o, dəb və məhsul dizaynerləri üçün tədqiqat residensiyası təklif edən Les Atelliers de Paris-də bir illik təcrübə proqramında iştirak üçün seçilir. Silvio, bir il sonra Tokyo fashion gran prix müsabiqəsində yeganə italyan dizayneri kimi finalist adını qazanır. 2011-ci ildə Vogue Italiya-dan növbəti mükafata layiq görülür və 2013-cü ildən etibarən "SpS" tərəfindən etiketi istehsal olunur və yayılır. Həmçinin, onun brendi “Milano Moda Donna” dəb həftəsinin cədvəlində də təqdim olunur. 2007-2008-ci illər ərzində müxtəlif əməkdaşlıqlar arasında, Silvio, “Furla” Fondu və “Max Mara Group” adından məhdud sayda aksesuarlar kolleksiyalarına birgə imza atır. 2015-ci ilin noyabrından etibarən Silvio Beçerelli kolleksiyasında libaslar, italyan dəbinin son 18 illərinə həsr olunmuş “Milano” Trienalle-də sərgilənir.



2 may, 2018 / 19:00

ELEKTRON MUSİQİ

Lektor: Cahangir Səlimxanov

Cahangir Səlimxanov Avropa Mədəniyyət Parlamentinin üzvü, Açıq Cəmiyyət FS-Azərbaycan İnstitutunun Mədəniyyət və Sənət Proqramının direktoru, həmçinin Bakıda çoxsaylı mədəni layihələrin müəllifi və sənətşünasdır.



4 may, 2018 / 19:00

ŞƏHƏR VƏ SOSİAL TRANSFORMASİYASI İNCƏSƏNƏTİ: ÜÇÜNCÜ CƏNNƏT

Lektor: Stefaniya Krob

Stefaniya Krob müstəqil tədqiqatçı və mədəniyyət tədbirlərinin təşkilatçısıdır.
Sapienza Universitetinin (Roma) Mülki İnşaat, Ətraf Mühit Mühəndisliyi bölməsinin, şəhərsalma və ərazi inkişafının incəsənət ilə olan əlaqəsi üzrə ixtisaslaşan fəlsəfə doktorudur.
Təhsilinin humanistik istiqaməti nəticəsində, Stefaniya müasir incəsənət sahəsində təhsil idarəçiliyində ixtisaslaşmışdır. İncəsənətin ictimai məkan və ərazilər arasında, bədii təcrübə və təhsil arasında eyni zamanda təxəyyülün tədqiqat metodologiyası kimi qəbul olunması tədqiqatın əsas məqsədidir. O, Civic Gallery of modern and contemporary art, Pav Parco Arte Vivente in Turin, Castello di Rivoli Museum of Contemporary Art və Cittadellarte Fondazione Pistoletto in Biella, Cedrap (Research Center and Documentation on Public Art) of Sapienza University, Academy of Fine Arts of Frosinone kimi müxtəlif muzey və mədəniyyət mərkəzləri ilə birgə layihələr həyata keçirmişdir. 2014-cü ildə Stafaniya, SITI Laboratorio di imaginazione urbana [e umana], adlı laboratoriyanı təsis etmişdir. Bu laboratoriya yaradıcılıq və mədəniyyət sahələri üzrə fəaliyyətlərin ərazi inkişafı ilə olan əlaqəni araşdırır. O, bir sıra elmi məqalələrin müəllifi, bununla yanaşı Juliet, Titolo və Il Giornale delle jurnallarında köməkçi redaktor kimi fəaliyyət göstərir.



7 may, 2018  / 19:00

RƏSSAM İLƏ GÖRÜŞ

Aida Mahmudova

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəssamıdır. Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Son fərdi sərgilərindən: “Təsəvvür edilməyən perspektivlər”, YARAT Mərkəzi, Bakı (2017), “Can't Capture The Light”, Deweer Gallery, Otegem, Belçika (2017), “Passing By...”, Leila Heller Gallery, Nyu-York, ABŞ, (2015), “Internal Peace”, Barbarian Art Gallery, Sürix, 2013). Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində “Artwise”-in kuratorluğu ilə “VITA VITALE” sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.



9 may, 2018 / 19:00

FORMA MƏNA DAŞIYICI KİMİ

Lektor: Katiya Meneqini 

Katiya Meneqini hər zaman kalliqrafiya və sənət tarixinə ehtiram göstərir, müasir layihələrini insanla qarşılıqlı əlaqələrə yer verən proseslər və mexanizmlər vasitəsilə inkişaf etdirir. Onun incəsənətə olan yanaşmasının əsasında performans, installasiyalar və arxivləşmə sahələrini əhatə edən ictimai araşdırma durur. Eyni zamanda, sosial incəsənət təcrübəsindən əldə etdiyi metodoloqiya əsasında ictimai həyatın müxtəlif amilləri ilə bağlı geniş istiqamətli dizaynı özündə birləşdirəcək müxtəlif mövzuların öyrənilməsidə maraqlıdır. CTRLZAK müxtəlif fənləri və mədəniyyətləri birləşdirən hibrid bir studiyadır. Rəssam və dizayner Katia Meneqini və Tanos Zakopulos, tərəfindən təsis olunan studiyanın yaradıcılığı dünyanın müxtəlif yerlərində qarşılaşdıqları təcrübələrindən, zəngin mədəni köklərindən və onları əhatə edən təbii dünyadan ilhamlanıb. Studiya rəsm əsərləri, obyektlər və məkanlar yaradır, ən önəmli olan mənanı əks və təqib edən formaları ərsəyə gətirir. CTRLZAK'ın layihələri ənənəvi və mədəni kontekstə geniş tədqiqatları, keçmişdən davamlı öyrənməklə yeni bir hibrid gələcək üçün yaradır. Hər bir layihə bir çox formalarla və sonluqlarla izah edilməsini gözləyən bir hekayədir. Onlar, əsərlərində simvolizm və istehza estetikası, funksionallıq anlayışından kənara çıxan müxtəlif rəvayət üslublarını təcrübədən keçirilər. Bu təcrübələrin məqsədi insanları öz fəaliyyətləri və yaşadığımız dünya haqqında düşündürməkdir.



11 may, 2018 / 19:00

ARTE POVERA

Lektor: Lorenzo Balbi

Bolonya Müasir İncəsənət Muzeyinin direktoru, eyni zamanda Morandi Muzeyi, Ustika Yaddaş Muzeyi, Villa delle Roza və Sandra Matali ART rezidensiyasının rəhbəridir. Lorenzo Balbi Verso Artecontemporanea qalereyasının bədii rəhbəri olub. 2007-ci ildən etibarən Sandretto Re Rebaudengo Fondu ilə birgə sərgi layihələri təşkil edib.

İrene Calderoni, Giorgina Bertolino və Vittoria Martini ilə birgə CAMPO adlı proqramın təşkilatçılığı ilə məşquldur. CAMPO - Sandretto Re Rebaudengo fondunun nəznində italyan kuratorları üçün nəzərdə tutulan proqramdır.   


CITTADELLARTE FOUNDATION İLƏ ƏMƏKDAŞLIQ

Cittadellaarte Fondunun təsviri incəsənət, dəb (fashion), memarlıq və dizayn sahələri üzrə ekspertləri mühazilər və görüşlər keçirəcəklər.


YARAT-ın imkanları:

  • ÖDƏNİŞSİZ MÜASİR KİTABXANA VƏ WIFI (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, ingilis və rus dillərində oxucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WIFI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər)
  • AUDİO VƏ VİZUAL TƏQDİMAT MATERİALLARI (YARAT Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur.
  • TƏRCÜMƏ (YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur)
  • BURAXILIŞ SERTİFİKATI (YARAT Akademiyasının bütün mühazirələrində aktiv iştirak edən tələbələr kursun yekununda sertifikatla təmin olunacaqlar

Qeydiyyat

YARAT Akademiyasında iştirak etmək istəyənlər qeydiyyatdan email vasitəsi ilə məktubun “Mövzu”  bölməsində “YARAT Akademiya” qeyd edərək, aşağıda göstərilən məlumatı göndərməlidirlər.

  • Ad, soyad
  • Ali təhsil ocağının adı, fakültə
  • Əlaqə telefonu 

Email ünvanı: registration@yarat.az


Son müraciət tarixi: 26 mart, 2018


FACEBOOK

Yüklənir