May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: UNLIMITED PROQRAMI – TƏLİM KEÇMƏK İMKANI

08 Okt - 15 Okt 18

British Council Yarat Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Unlimited" proqramı çərçivəsində Azərbaycandan olan sağlam və fiziki məhdudiyyətli ifaçıları 8-15 oktyabr tarixlərində YARAT-da bir araya gətirən silsilə təlimlər təşkil edəcək. Hər iki əlim teatrdan sosial dəyişikliklər üçün alət kimi istifadə etməyə çalışan aktrisa, teatr dizayneri və mühazirəçi Karin Çapman Klark tərəfindən həyata keçiriləcək. Layihənin əsas məqsədi fərqli teatr texnikaları, nəqletmə və improvizasiya formalarından istifadə edərək sağlam və fiziki məhdudiyyətli ifaçılara səslərini eşitdirmək və özlərini göstərmə imkanı verməkdən ibarətdir.


3 GÜNLÜK İNTERAKTİV TEATR TƏLİMİ-SEMİNARI: 
8 – 10 oktyabr 2018-ci il

Bu 3 günlük təlim müxtəlif sosial məsələlər ilə əlaqədar problemləri aradan qaldırmaq üçün interaktiv teatr texnikalarından istifadə etməyin qaydasını öyrənmək istəyən peşəkar aktyorlar üçün nəzərdə tutulub. Təlim zamanı iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirəcək və müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrənəcək.  Bundan əlavə, iştirakçılar qısa Forum-teatr tamaşasını hazırlamağın və ictimai Forum sessiyasını təşkil etməyin qaydası ilə tanış olacaq.

British Council üç günlük təlimlə yanaşı, sağlam və məhdud imkanlı aktyorlar üçün beş günlük təlim də təşkil edəcək. Bu təlim hər kəs üçün açıq olacaq - aktyorluq təcrübəsi tələb olunmur.


5 GÜNLÜK TƏLİM SEMİNAR:
11 – 15 oktyabr 2018-ci il

Bu 5 günlük təlim müxtəlif sosial məsələlər ilə əlaqədar problemləri aradan qaldırmaq üçün interaktiv teatr texnikalarından istifadə etməyin qaydasını öyrənmək istəyən peşəkar və qeyri-peşəkar aktyorlar üçün nəzərdə tutulub.

Bu təlimdə iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirəcək və müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrənəcək.  İştirakçılar eyni zamanda Forum-teatr tamaşasını necə yaratmağı öyrənəcək və biz sonuncu təlim günündə təlimin əsas məqamlarını dəvət edilmiş auditoriya ilə paylaşacağıq.


Forum-teatr sosial dəyişiklikləri müəyyən edə bilən problemləri həll etmək üçün tamaşaçılara hekayədə bilavasitə iştirak etmək imkanı verən, iştiraka əsaslanan bir teatr təcrübəsidir.

Forum-teatr braziliyalı teatr rejissoru Auqusto Boalın təsis etdiyi "Məzlumlar Teatrı"na xas olan əsas teatr metodlarından biridir.  


Unlimited: Lazımi tədbirlərin görülməsi proqramı incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və etnik mənsubiyyətindən, yaxud fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Hazırda proqramın tərkibinə seminarlar, maarifləndirici forumlar və canlı çıxışlar daxildir. 2015-ci ildə "British Council"ın proqramı qismində start götürən bu proqram o vaxtdan bəri incəsənət sahəsinə və teatr səhnəsinə, o cümlədən, regionda yaşayan məhdud imkanlı insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.


Hər iki təlimə giriş ödənişsizdir, lakin iştirakçıların qeydiyyatdan keçməsi tələb olunur.


İngilisi dilindən Azərbaycan dilinə tərcümə ilə keçiriləcəkdir


Tarix: 8 – 15 oktyabr, 2018

Məkan: YARAT Mərkəzi


Qeydiyyatdan keçmək üçün qeydiyyat formasınıdoldurun və 4 oktyabr 2018-ci il tarixindən gec olmayaraq dilara.ibrahimova@britishcouncil.az elektron poçt ünvanına göndərin.

Yüklənir