May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YAZILIN! İŞTİRAK EDİN! YARAT MÜASİR İNCƏSƏNƏT MƏKTƏBİ 2022-2023

14 Yan - 03 Fev 22

YARAT Müasir İncəsənət Məkanı və Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya YARAT Təhsil proqramı çərçivəsində yeni layihəni – Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir.


Məktəbin açılışı YARAT Müasir İncəsənət Məkanının yaradılmasının 10 illiyinə həsr olunur.


Birillik kursun yekununda, müasir incəsənətin aşağıdakı sahələri üzrə mütəxəssislərin sertifikatlaşdırılması olacaq:

  • rəssam
  • kurator
  • art-menecer
  • art-tənqidçi
  • tədqiqatçı

Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir.


YARAT Müasir İncəsənət Məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramdan ibarətdir. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq.


Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri  keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə, sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq.


Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək.


Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.


Müsabiqədə iştirak şərtləri:

  • CV (PDF formatında)
  • Veb-saytınızdan (əgər varsa) və sosial şəbəkə səhifələrinizdən (Facebook, Instagram və s.) əlaqə məlumatları
  • Portfolio (əgər varsa) (qeyd: Vizual istiqamətdə iştirak üçün müraciət edirsinizsə portfolionun olması zəruridir)
  • Yazılı materiallar, esselər, məqalələr (qeyd: Nəzəri istiqamət üzrə iştirak üçün müraciət edirsinizsə, bu materiallar tələb olunur)
  • Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər
  • Yaş həddi: 18-35 yaş

Son müraciət tarixi: 3 fevral 2022-ci il


Əlavə məlumat: 050246 9292

E-mail: registration@yarat.az

Yüklənir