May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: KİNOREJİSSOR ZEKE QEYS İLƏ 2 GÜNLÜK SEMİNAR

11 Okt - 12 Okt 22

YARAT Müasir İncəsənət Məkanı gənc kinorejissorları və müasir kino sahəsində biliklərini genişləndirmək istəyən hər kəsi, Nyu-Yorkda yaşayan kinorejissor Zeke Ramazan Qeysin YARAT Film Klub çərçivəsində təşkil olunan 2 günlük seminarına dəvət edir.


Zeke Qeys – Bakıda anadan olub, hal-hazırda Nyu-Yorkda yaşayır və kinorejissor fəaliyyəti ilə məşğul olur. Bruklin Kollecində film İstehsalı üzrə bakalavr dərəcəsini alıb. O, bir sıra qısametrajlı filmlərin rejissoru və prodüseridir. Habelə, ABŞ-ın bir sıra universitetlərində videomontaj və film istehsalı üzrə tədris fəaliyyəti təcrübəsinə malikdir. Əsas müəllimlik fəaliyyəti isə “Manhattan Youth” şirkəti ilə bağlıdır, burada onun tələbələri Tribeca Film Festivalının iştirakçıları olmuşdular.


Seminar proqramı:

1-ci gün: Ssenari yazma bacarığı

Hekayələrin nədən ibarət olduğunu, necə və nə üçün yazıldığını təhlil etməyə, ssenari strukturunu anlamağa və onu əsas komponentlərə bölməyə çalışacağıq. Seminar zamanı bir neçə qısametrajlı filmləri izləyib, onları təhlil edəcəyik, daha sonra, iştirakçılar qrup şəklində öz ssenarilərini yazacaqlar.


2-ci gün: Kinotənqid

İştirakçılar ilə birlikdə, Hollivudun çiçəklənmə dövründə yaradılmış, Uilyam Fridkinin məşhur “İblisi Qovan” (“The Exorcist”, 1973) filmini təhlili olacaqdır.


Qeydiyyat üçün link: https://cutt.ly/JV0DqRo


Dil: İngilis (Azərbaycan dilinə sinxron tərcümə ilə)

Yaş məhdudiyyəti: 15+


Tarixlər: 11 – 12 oktyabr,  2022

Saat: 19:00 – 21:00

Məkan: YARAT Mərkəzi (2-ci mərtəbə)

Yüklənir