May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT AKADEMİYASI 2019: QOŞULUN, İŞTİRAK EDİN!

19 Sen - 29 Noy 19

YARAT AKADEMİYASI 2019


(Sentyabr – Noyabr)


YARAT Müasir İncəsənət Məkanı sizi növbəti YARAT Akademiyasının 7-ci hissəsinə dəvət edir.


Təsvir

YARAT Müasir İncəsənət Məkanı YARAT Akademiyasının növbəti payız sessiyasını elan edir. Layihə sentyabr, oktyabr, noyabr aylarını əhatə edəcək.


Mövzu: Qeyri-ənənəvi tarix


Bacarıqlar: Yaradıcı araşdırma


İştirakçılar:

  • Çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaqlar
  • Tanınmış beynəlxalq  və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcəklər
  • Panel müzakirə və seminarlarda iştirak edəcəklər
  • Kursun sonunda verilmiş tapşırığı yerinə yetirmək ilə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər. 

YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur.


Qeydiyyat üçün helpdesk@yarat.az ünvanına, məktubun “Mövzu” bölməsində “YARAT Akademiya” qeyd edərək, aşağıda göstərilən məlumatlar göndərilməlidir: 

  • Ad, soyad
  • Ali təhsil ocağının adı, fakültə
  • Əlaqə telefonu

Əlavə məlumat üçün: 012 505 1414


Proqram:

19.09.19 / 14:00

Mövzu: “Qız qalası. Qadın olmaq” / panel diskussiya

Dünyanın müxtəlif ölkələrindən olan kuratorlar, incəsənət mütəxəssisləri və təhsil qurumlarının təmsilçiləri.

Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır. Bu festival layihəsi Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskayanın ilkin təşəbbüsü və kuratorluğu ilə keçirilib. 


23.09.2019 / 19:00

Kristina Çernyavskaya - art menecer

Mövzu: “Bədii layihə rəhbərliyi”

Kristina Çernyavskaya incəsənət sahəsində layihə rəhbəri kimi fəaliyyət göstərir və Taus Maxaçeva ilə birgə bir sıra layihələrdə əməkdaşlıq edib. O, YARAT Müasir İncəsənət Mərkəzində Tausun ən son əsərlərindən olan “Şarivari” və Future Art Generation Prize müsabiqəsi çərçivəsində keçirilən “Məqsədin kəmiyyət sonsuzluğu” sərgilərinə kuratorluq edib. Kristina jurnalistika üzrə bakalavr dərəcəsinə və incəsənət idarəçiliyində magistr dərəcəsinə malikdir. Hal-hazırda isə o, Moskvanın BAZA institutunda müasir incəsənət üzrə təhsil alır. Kristina həmçinin Multimedia Art Muzeyi, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin ictimai əlaqələr şöbəsində də çalışmışdır.


02.10.2019, 16.10.2019 / 19:00

Sergey Nikonorov - Moskva Dövlət Universitetinin professoru

Mövzu: “Elmi-tədqiqat layihələrinin keçirilməsi zamanı metodoloji yanaşma bacarıqları”

Sergey Nikonorov - M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, iqtisadiyyat elmləri doktoru. S.Nikonorov 140-dan çox elmi əsərlərin müəllifidir və dayanıqlı inkişaf və onun idarəetməsi üzrə mütəxəssisdir.  


12.10.2019 / 17:00

Tomas İrmer - teatr tənqidçisi, kurator və yazıçı

Mövzu: “Yeni drama” (M.A.P. Festivalının Təhsil proqramları çərçivəsində)

Tomas İrmer Almaniya və ABŞ-ın müxtəlif universitetlərində dərs demişdir. 1998-2003-cü illərdə o, bu gün də müntəzəm olaraq nəşr olunduğu “Theater der Zeit” jurnalının baş redaktoru olub.


13.11.2019 / 19:00

Kamruz Aram (müasir incəsənət üzrə rəssam) və Fərəh Piriye (kurator)

Rəssamla görüş

Mövzu: "(qeyri-)könüllü yaddaş"

Kamruz Aram (d.1978, Şiraz, İran) 2001-ci ildə Maryland İncəsənət Kollecini bakalavr dərəcəsi ilə bitirdikdən sonra, 2003-cü ildə Kolumbiya Universitetində magistr dərəcəsi almışdır. Kamruz Aramın müxtəlif sənət forma və vasitələri ilə fəaliyyəti çox vaxt ənənəvi qeyri-Qərb sənəti ilə Qərb modernizmi arasındakı mürəkkəb əlaqəni əhatə edir. Rəngkarlıq, kollaj və instalyasiya əsərləri ilə Aram, vizual təsvirin tarixin müəyyənləşdirilməsi üçün bir vasitə kimi istifadə edilməsində tənqidi funksiyanın potensialını əks etdirir. Aramın rəsmləri Şərq ornamentin Qərbdə müasir incəsənətin inkişafında oynadığı vacib rolunu vurğulayır.

Fərəh Piriye London və Milan şəhərlərində məskunlaşmış müstəqil kurator və sənətşünas.  

O, Londonun Sotheby’s İncəsənət İnstitununu Təsviri və  dekorativ sənət tarixi üzrə magistr dərəcəsi ilə bitirmişdir, daha sonra isə Central Saint Martins Kollecini Kuratorluq, mədəniyyət və tənqid üzrə ikinci magistr dərəcəsinə sahib olmuşdur.

London şəhərində müstəqil kurator kimi, həmçinin bir sıra qalereyalar və auksion evlərində məsləhətçi kimi çalışandan sonra, Fərəh Piriye, Milanda (İtaliya) 2019-cu ildən yaradılmış, mədəniyyət və incəsənət üzrə fəaliyyət göstərən ZEITGEIST19 tədqiqat əsaslı ictimai-mədəni qeyri-kommersiya təşkilatının həmtəsisçisi olmuşdur.  O, eyni zamanda  müxtəlif nəşrlərə öz töhfəsini verir və tənqidi yazıların kurator təcrübəsinin mühüm hissəsi olduğunu hesab edir.


18.11.19  / 19:00

Navid Nur (müasir incəsənət üzrə rəssam) və Suad Qarayeva-Maleki (kurator)

Rəssamla görüş                            

Mövzu: “Tarixin süni ajiotajı, yaddaşın hipnozu” 

Navid Nur öz yaradıcılığında adətən film və performansdan tutmuş heykəltəraşlıq və instalyasiyaya qədər bir çox media ilə işləyir. O, həm də neon işıqlar, İphone smartfonları və hətta tullantılar kimi hər cür materialların təyinatını dəyişərək yaradıcılığında istifadə etməyi sevir.  Buna görə də onun əsərlərində hər hansı məkanlardan tapılmış materialların toplanışı hissi var, lakin bunlar konseptual vizuallığını qoruyub- saxlayır.

Suad Qarayeva-Maleki Londonda yerləşən Sotheby's auksionunda, Rusiya və MDB ölkələrinin müasir incəsənəti sahəsi üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. Həmçinin o, Şərqi Avropa ölkələri və Rusiyanın müasir incəsənəti üzrə satış şöbəsinə rəhbərlik etmişdir. O,  uzun müddət  YARAT kolleksiyasının direktoru olmuş və  53-cü və 54-cü Venesiya Biennaleləri kimi çoxsaylı  beynəlxalq sərgilərdə çalışmışdır. Son beynəlxalq kuratorluq fəaliyyətindən (Lorenso Balbi ilə birgə) 2018-ci ilin əvvəlində İtaliyanın Bolonya şəhərində keçirilən “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgini də qeyd etmək mümkündür. Onun sonuncu layihəsi YARAT Müasir İncəsənət Məkanında nümayiş olunmuş Taus Maxaçevanın “Şarivari” sərgisidir.


20.11.19 / 19:00

Sara Rəhbər (müasir incəsənət üzrə rəssam), Gelare Xoşgözaran (müasir incəsənət üzrə rəssam), Anna Fex (kurator)

Rəssamla görüş                                  

Mövzu: "Narahat" 

Sara Rəhbər (d.1976, Tehran, İran) ABŞ-ın Nyu-York şəhərində yaşayır və fəaliyyət göstərir.  Nyu-Yorkda multidissiplinar təhsil proqramı keçmişdir, eyni zamanda Londonun Central Saint Martins Kollecində təhsil almışdır.

Əsərləri əvvəlcə millətçilik və mənsubiyyətə dair daha dərin anlayışları vurğulasa da, ümumi sənət təcrübəsi şəxsi təcrübəsindən qaynaqlanır və əsasən avtobioqrafikdir - ağrı, zorakılıq və insan vəziyyətlərinin mürəkkəbliyi ideyalarına söykənir. Sara Rəhbər  fotoqrafiya, heykəltəraşlıq və instalyasiya kimi müxtəlif ifadə vasitələri ilə fəaliyyət göstərir. 

Gelare Xoşgözaran (İran/ABŞ) 2009-cu ildə İrandan, ABŞ-a, Kaliforniyaya köçən azad rəssam və yazıçıdır. Onun filmləri, video esseləri və performansları fərdi və qrup sərgilərində - Yeni Muzey, Kuins Muzeyi, Eyebeam, Hammer Muzeyi, LACE, LAXART, Human Resources (hamısı ABŞ-də yerləşir), Articule (Monreal), Beursschouwburg (Brüssel) və Pori İncəsənət Muzeyində (Pori, Finlandiya) nümayiş olunub. Onun incəsənət və mədəniyyət haqqındakı esse və müsahibələri Contemptorary, The Brooklyn Rail, Parkett, X-TRA, Art Practical, The Enemy, Ajam Media Collective və Temporary Art Review jurnallarında dərc edilib. O, 2015-ci ildə Creative Capital | Andy Warhol Foundation Arts Writers Grant və Art Matters mükafatlarını qazanıb, hal-hazırda isə Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin Dizayn və Art Mediaları fakültəsinin dosentdir. 

Anna Fex (d.1985, Alma-Ata, Qazaxıstan) Bakıda (Azərbaycan) məskunlaşmış kuratordur. O, incəsənət tarixi və iqtisadiyyat üzrə Erlangen-Nürnberg Universitetini (Almaniya) bitirib. 2014-cü ildə isə, Sürix İncəsənət Universitetini kuratorluq üzrə, “Postsovet ölkələri və Yaxın Şərq ölkələrinin postkolonial dövrünün müzakirəsinin müasir aktuallığı” tədqiqat mövzusu ilə bitirib. 2016-cı ildən YARAT Müasir İncəsənət Məkanında kurator kimi çalışaraq, beynəlxalq rezidensiya proqramına və ARTIM Layihə Məkanında keçirilən sərgilərə üzrə məsuldur və gənc nəsildən olan istedadlı rəssamların inkişafına töhfə verir.

Yüklənir