May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ALEKSANDR DZÜBA İLƏ BUTA PEŞƏKAR AKTYOR HAZIRLIĞI MƏKTƏBİ

13 Noy - 15 Noy 15

YARAT Müasir İncəsənət Məkanı Aleksandr Dzübanın peşəkar aktyor hazırlığı məktəbinin “BUTA” adlı üçgünlük məşğələ proqramını həyata keçirdiyini elan edir.

Təlim “Ayna bloku”, “Assosiativ qavrayış bloku”,  bir də “Nitq-səs bloku” məşğələ hissələrindən ibarətdir və konkret məqsədləri hədəfə alan müəyyən tapşırıqlar toplusu kimi təşkil olunub. Plastika, səs və nitq xarakterli tapşırıqlar insan şüurunun çərçivəsini və dünyagörüşü diapazonunu genişləndirməyə xidmət edir. Aktyorluq yaradıcılığının iki əsas mərkəzinə təsir göstərməyin sayəsində inanılmaz, həndəsi silsilə şəklində artan nailiyyətlər əldə etmək mümkün olur! Həmin mərkəzlər – diqqət və xəyaldır. Bütün tapşırıqlar da elə bu aktiv sahələrin planlı surətdə inkişafa təşviq olunmasına yönəlib.Sonucda isə, keçirilən bu təlimin məğzi – adamın şüurlu fikir cəmləşdirməsinə mane olan müəyyən artıq gərginliyin vücuddan və şüurdan kənarlaşdırılması və bu çıxarılmış enerjinin aktyorun yaradıcı təkmilləşməsinə yönəldilməsi anlamına gəlir.


İştirakçı olmağın şərtləri: yaşınız 16-dan 45-ə qədər olmalıdır, özünüzlə idman geyimi və münasib ayaqqabı, eləcə də bir butulka su və (tövsiyə olunur) yumşaq dizlik gətirməlisiniz


Qrupda 10-dan 30-a qədər iştirakçı nəzərdə tutulub. Hər məşğələ 3 saat davam edəcək, üç dəfə 5-dəqiqəliq fasilə verməklə. Məşğələlərə peşəkar aktyorlardan başqa, digər yaradıcı peşə sahibi olan şəxslər də qatıla bilər: rəssamlar, musiqiçilər, rəqqaslar və s.


13 noyabr 2015 – 11:00 > 14:00

14 noyabr 2015 – 11:00 > 14:00

15 noyabr 2015 – 11:00 > 14:00


İştirak üçün müraciətlər noyabrın 9-na kimi sayyara.h@yarat.az e-mail ünvanına göndərilə bilər; məktubun mövzu başlığı kimi məşğələnin adı göstərilməlidir. 


Yerlərin sayı məhduddur


Məşğələlər PULSUZDUR!


Tarix: 13 > 14 noyabr, 2015

Saat: 11:00 > 14:00

Məkan: YARAT Mərkəzi (Bayil qəsəbəsi, Dövlət Bayrağı meydanına yaxın)

Əlaqə: sayara.h@yarat.az və ya 050 218 06 29 nömrəli telefon


Aleksandr Dzüba (d.1975) – rusiyalı teatr və kino aktyorudur, “Kişisayağı tətil” (“Мужские каникулы”), “Mənim gözəl dayəm” (“Моя прекрасная няня”), “Sovet dövrünün parkı” (“Парк советского периода”) və s. kinofilm və seriallara çəkilib. 1993–1997-ci illərdə Kiyevdə İ.K.Karpenko-Karıy ad. Dövlət Teatr Sənəti İnstitutunda (КГИТИ) Mixail Reznikoviçin emalatxanasında oxuyub. 1993–1997-ci illərdə Lesya Ukrainka ad. Dövlət Akademik Rus Dram Teatrının (Kiyev) aktyoru olub. 1997–1999-cu illərdə Roman Viktyuk Teatrının (Moskva) aktyoru olub. 1999–2001-ci illərdə Aktyor Studiyasında dərs deyib və Estoniya Dövlət Rus Dram Teatrının (Tallin) rejissoru olub. 2001–2006-cı illərdə Roman Viktyuk Teatrının (Moskva) aktyoru olub. 2006–2010-cu illərdə RWS, Young Media, Tandem Films studiyalarında quruluşçu-rejissor kimi fəaliyyət göstərib. 2010-cu ildən başlayaraq indiyə kimi Roman Viktyuk Teatrının (Moskva) aktyorudur.


FACEBOOK

ALEKSANDR DZÜBA İLƏ İNTERVYU

Yüklənir