May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

DMİTRİ TOÇİLKİN İLƏ NEYROGENERATİV İNCƏSƏNƏT ÜZRƏ USTAD DƏRSLƏR

09 Avq - 12 Avq 22

Yay ustad dərsləri silsiləsi davam edir!

Bu dəfə Sizi  YARAT Müasir İncəsənət Məkanı rusiyalı mütəxəssis Dmitri Toçilkin ilə 4 günlük neyrogenerativ incəsənət ustad dərslərində iştirak etməyə dəvət edirik.


Dördgünlük ustad dərslərində Dmitri Toçilkin müasir neyron şəbəkələrinin kompüter qrafikasında yeni imkanlarından danışacaq. Son bir neçə il ərzində yaranan yeni texnologiyalar sadəcə istifadəçinin mətn sorğusundan istifadə edərək, bir neçə saniyə ərzində əsərlər yaratmağa imkan verir. Bu texnologiyalar sürətlə inkişaf edir və tezliklə qrafika sahəsində neyron şəbəkələrin istifadəsinə daha çox rast gəlinəcək.


Ustad dərslərində biz müasir neyron şəbəkələrinin imkanları və məhdudiyyətləri ilə tanış olacağıq və necə işlədiyini öyrənəcəyik, həmçinin  neyrogenerativ sənət əsərlərinin yaradılmasının yeni etikasını müzakirə edəcəyik.


Ustad dərsləri rəssamlar, illüstratorlar, mouşn və veb-dizaynerlər, həmçinin neyron şəbəkələrdən istifadə etməklə yeni texnologiyalarla və qeyri-adi qrafik əsərlərin yaradılması ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.


9 avqust (1-ci dərs) – İnteraktiv mühazirə

10 avqust (2-ci dərs) – Açıq mənbə veb-alətlər ilə rəsmlər yaratmaq üzrə məşğələ

11 avqust (3-cü dərs) – DiscoDiffusion proqramında animasiyaların yaradılması

12 avqust (4-cü dərs) – İştirakçıların yaratdığı əsərlərin nümayişi və müzakirəsi


İştirakçılar üçün tələblər:

  • Şəxsi noutbuk

Dmitri Toçilkin 7 illik təcrübəyə malik kompüter görmə texnologiyasının tədqiqatçısıdır. O, müxtəlif illərdə Yandex.Drone, Google Zurich, Google San Francisco, Huawei və IBM şirkətlərində çalışıb və hal-hazırda neyrogenerativ açıq mənbə alətlərinin inkişafı və təcrübələri ilə məşğuldur.


Yaş həddi: 16+

Yerlər məhduddur

Dil: Rus, Azərbaycan dilinə sinxron tərcümə ilə.


Tarix: 9 – 12 avqust, 2022

Saat: 19:00 – 21:00

Məkan: YARAT Mərkəzi (Bayil)

COVID pasportu tələb olunur


Qeydiyyat üçün: https://cutt.ly/fZRQawD


Əlavə məlumat üçün: +99450 246 92 92

Yüklənir