May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

LITLLE YARAT İYUN AYI ÜÇÜN PROQRAM

18 İyn - 25 İyn 22

YARAT Müasir İncəsənət Məkanı sizi məktəb yaşlı uşaqlardan tutmuş yeniyetmələrə qədər kiçik auditoriya üçün nəzərdə tutulmuş LITTLE YARAT proqramında iştirak etməyə dəvət edir.

LITTLE YARAT uşaqlar üçün YARAT-ın seminarlarında iştirak etməyə, yerli və qonaq rəssamlarla ünsiyyət qurmağa imkan verən əyləncəli incəsənət platformasıdır.


YARAT Mərkəzində və Rəngkarlıq Muzeyində keçiriləcək Little YARAT ustad dərslərinin iyun proqramını sizə təqdim edirik:


YARAT MƏRKƏZİ (2-ci mərtəbə)
18 iyun, 2022

12:00 (4-7 yaş) – Kölgə teatrı – Leyla Qabulova

14:00 (8–12 yaş) – Kölgə teatrı – Leyla Qabulova

* Bu ustad dərsində kölgə teatrı sənətinə qərq olun. İştirakçılar vizual vasitələri və teatr quruluşlarının müxtəlif üsullarını öyrənərək, kölgə teatrı tamaşası yaradacaqlar.


25 iyun, 2022

12:00 (4-7 yaş) – Pazzl-personaj

14:00 (8–12 yaş) – Pazzl-personaj

*Bu ustad dərsi iştirakçıları, kollektiv instalyasiyanın bir hissəsinə çevriləcək fərdi sənət əsəri yaratmağa dəvət edir. Hər bir iştirakçı üç karton üzərində üç bədən hissəsini (baş, bədən və ayaqlar) çəkib, boyayacaq. Qutunun hər dörd hissəsində bir insan portreti yarandıqda, iştirakçılar qutuları fırladıb, yeni insan kombinasiyaları yarada bilərlər.


İştirak etmək üçün qeydiyyat mütləqdir. Yerlər məhduddur.


Qeydiyyat üçün (YARAT Mərkəzi): 050 246 92 92
(Qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 11:00-dən 18:30-dək aparılır.)


RƏNGKARLIQ MUZEYİ 

18 iyun, 2022

12:00 (8-12 yaş) – Dünya ətrafında – Gülarə İsrafilova

*Ucal Haqverdiyevin yaradıcılığına əsaslanaraq, ustad dərsinin iştirakçıları akvarel kağızında dünyanın görməli yerlərini təsvir edəcəklər. Müxtəlif ölkələri və onların irsini bir şəkildə birləşdirən iştirakçılar sərhədsiz dünya mədəniyyətini kəşf edəcəklər.

25 iyun, 2022

12:00 (8–12 yaş) – Mən bunu necə görürəm – Sayalı Məmmədova

*Ucal Haqverdiyevin yaradıcılıq, həyat yolu və müxtəlif istiqamətlərdəki əsərlərindən, axtarışlarından və təcrübələrindən ilhamlanaraq təşkil olunacaq ustad dərsində yuxulara, təxəyyüllərə və təbii ki, gündəlik mövzulara təsir edən bir neçə mövzu olacaq. Rəssamın işləri ilə tanış olduqdan sonra uşaqlar öz molbertlərinə yaxınlaşacaq və onların üzərində qeyd olunan mövzu üzərində gördükləri təxəyyülərini təsvir edəcəklər...


İştirak etmək üçün qeydiyyat mütləqdir.

Yerlər məhduddur.


Qeydiyyat üçün (Rəngkarlıq muzeyi): 050 251 41 15
(Qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 12:00-dən 18:00-dək aparılır.)

Yüklənir