May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

JAHANGIR SELIMKHANOV MASTER CLASSES

12 May 14

YAY Qallereyasında məhşur musiqişünas və incəsənət rəhbəri Cahangir Səlimxanovun ustad dərslərinin yekun təqdimatı baş tutacaqdır. Ustad dərsi YARAT qeyri kommersiya təşkilatı tərəfindən təşkil edilmiş və gənc ədib, rəssam, dizayner və fotoqraflar üçün özünəməxsus intellektual laboratoriyaya çevrilmişdir.

Ustad dərslərin əsas mövzusu yaradıcılıq mexanizminin şəxsi, qrup və ya kollektiv səviyyədə inkişaf etdirilməsi olmuşdur. Kursu müddətində tətbiq edilmiş bütün nəzəriyyə və metodlar iştirakçıların gizli yaradıcılıq ehtiyatlarının üzə çıxarılmasına yönəlmişdir. Kurs tapşırıqlarını yerinə yetirdikləri müddətdə hər bir iştirakçının məqsədi yaradıcılıq məhsulunun (və ya tədbirin, innovativ ictimai hadisə və yaxud kommersiya məhsulunun) konsepsiyasını işləyib hazırlamaq olmuşdur.

YARAT-ın təhsil proqramına mühazirələr, seminar və hər ay məhşur rəssam, fotoqraf, kurator və tənqidçilər tərəfindən keçirilən ustad dərsləri daxildir. Ustad dərsləri və seminarların hamısı YARAT-ın təhsil proqramı çərçivəsind pulsuz təşkil edilir.

2012-2014-cü illər ərzində Moskva Müasir İncəsənət Mərkəzinin əməkdaşları, Vitaliy Patsyukov və Aleksandra Obuxova, Tiflis Müasir İncəsənət Mərkəzinin yaradıcısı  Vato Tsereteli, Central St. MartinsUniversitetinin dekanı cənab Mark Danhil və London King College-in heykəltaraşlıq fakultəsinin rəhbəri Bakıda ustad dərsləri keçirmişlər. 2013-cü ildə Müasir İncəsənət Biennalesinin iştirakçısı olmuş Taus Maxaçeva və London Milli Kral teatrı ilə əməkdaşlıq edən britaniyalı teatr rejissoru Tim Sapl da mühazirələrlə çıxış etmişlər. 

Ötən il keçirilmiş Public Art Festivalının iştirakçıları da tamaşaçılarla görüşlər keçirmişlər. 2014-cü ilin sonuna qədər kurator Sara Raza, rəssam Mahmud Baxşı, fotoqraflar Mervin Artur və Rozella Emmanuel, həmçinin animasiya və video-art sahəsində ixtisaslaşmış, London İncəsənət Universitetinin professoru Birqitta Xoseanın ustad dərslərinin keçirilməsi planlaşdırılır.


Qısa tərcümeyi hal: Cahangir Səlimxanov

Müsiqişunas təhsilli, ilk dəfə Hindistanda təqdim edilmiş  hər zaman yenilənən konsert proqramı çərçivəsində iki ənənəvi musiqi mədəniyyətinin bir araya gətirilməsindən tutmuş ibtidai qayaüstü rəsmlər landşaftında balet quruluçunun rekonstruksiyasına, public/community art əsərlərindən ibarət seriyalardan Bakı ətarfındakı mədəniyyət evlərinə qədər incsənət və mədəniyyət sahsinin müxtəlif seqmentlərini əhatə edən onlarla layihənin müəllifi. Cahangir Səlimxanov kolleqaları arasında «ideya generatoru» nüfuzunu qazanaraq digərlərini yaradıcı fikirlərlə ilhamlandırmaq və yaxud sadəcə olaraq yeni yaranmaqda olan trendlər və ya gizli imkanlar barədə dəqiq məlumat vermək bacarığına malik insan kimi tanınmışdır.


Premyera günü: 12 may, 2014 19:00

Ünvan: YAY qalereyası, Kiçik Qala 5

Giriş sərbəstdir.

Təqdimat azərbaycanrus dillərində keçiriləcəkdir.

Yüklənir