May 2024

SƏBİNƏ ŞİXLİNSKAYA İLƏ KURATORLUQ ÜZRƏ USTAD DƏRSLƏR

01 Okt - 30 Okt 14

MÜASİR İNCƏSƏNƏTDƏ KURATORLUQ TƏCRÜBƏLƏRİ.

SƏRGİ ÜÇÜN ART LAYİHƏLƏRİN İŞLƏNİB HAZIRLANMASI.

Müddət:

1 – 30 oktyabr 2014

Ustad dərslər Rus və İngilis dillərində keçiriləcəkdir.

KURSUN RƏHBƏRİ: Səbinə Şıxlinskaya

Səbinə Şıxlinskaya rəssam və müstəqil kuratordur. O, Azərbaycanda müasir konseptual incəsənətinin yaradıcılardan biri sayılır,Azərbaycanın əməkdar rəssamı adını daşıyır,Muzeylər və Müasir İncəsənət Kolleksiyaların Beynəlxalq Komitəsinin (CİMAM) üzvüdür. Səbinə Şıxlinskaya Höte İnstitutunun Azərbaycanda mədəniyyət proqramların əlaqələndiricidir, Milli Sərgi Salonlarında və Müasir İncəsənət Muzeylərində təşkil olunan bir çox sərgilərin iştirakçısıdır. O, Azərbaycanda və xaricdə keçirilən Biennalelərdə dəfələrlə iştirak edib. Onun rəngkarlıq, qrafika, foto- və videoinstalyasiya janrında ərsəyə gətirdiyi incəsənət əsərləri dövlət və şəxsi kolleksiyalarda saxlanılır. Xanım Şıxlinskaya Azərbaycanda və xaricdə təşkil olunan 60-dan çox yerli və beynəlxalq layihələrin, o cümlədən, sərgilərin, simpoziumların təqdimatların və 52-ci Venesiya Biennalesində qurulan ilk Azərbaycan pavilyonunun kuratoru olmuşdu.

KURSUN TƏSVİRİ:

Kurs zamanı iştirakçılar müasir incəsənətin tarixi və konseptual istiqamətin inkişaf nəzəriyyəsi haqqında mühazirələrə dinləyə bilərlər. Kuratorluq fəaliyyətlərin ölkədaxili və beynəlxalq təcrübəsi timsalında kurs iştirakçılarına bu sahədə mövcud olan müasir meyllər haqqında məlumat veriləcək. Kurs innovativ təhsil performansı formatında təşkil olunacaq. Kursun gedişatında iştirakçılar nəinki art layihələrin yaradılması və işlənib hazırlanması texnologiyalarla tanış olmaq imkanından bəhrələnəcək, onlar, həmçinin, özləri layihənin həqiqi iştirakçıları ola bilər.

Kurs ərzində tələbələr iki fotosərgi layihəsini işləyib hazırlayacaqlar. Bunun üçün onların arasında  art layihələrin icra olunması ilə bağlı “rollar” və vəzifələr bölgüsü aparılacaq, bu zaman mediator, kurator, əlaqələndirici, layihə meneceri, incəsənət tənqidçisi, ekspozitor, fandreyzer, piar menecer və rəssam qismində çıxış edəcək iştirakçılar müəyyənləşdiriləcək. Ikinci layihənin icrası zamanı iştirakçılar  oynadığı rolları bir-biriləri ilə dəyişə biləcək. Hər iki layihə üzərində iş parallel olaraq həyata keçiriləcək.

TƏLƏBƏ PROFİLİ:

  • Ali təhsil müəssisələrin, humanitar qrupların tələbələri, habelə incəsənət və mədəniyyət sahəsində birinci və ikinci dərəcəli diplom alanlar və ya qeyd olunan sahədə təhsillərini davam etdirən tələbələr.
  • İqtisadiyyat sahəsində birinci və ya ikinci dərəcəli diplom alanlar və kursun dərk olunması üçün incəsənət və mədəniyyət haqqında biliklərə malik olan ali təhsil müəssisələrin tələbələri.

CƏDVƏL:

Kursa 12 məşğələ daxildir; sərgi layihələrinin yekun təqdimatı üçün iştirakçılara 5-7 gün ayrılacaq. Məşğələlər həftədə üç gün saat 19:00-dan 21:00-dək bu tədbir üçün nəzərdə tutulmuş auditoriyada keçiriləcək. Mühazirələr incəsənət əsərlərinin və videomateriallarının nümayişi ilə müşayiət olunacaq.  Bəzi məşğələlər zamanı iştirakçılar rəssamlıq salonlarına və müasir incəsənət sərgilərinə gedəcək.

YEKUN:

Kursun reallaşdırılması nəticəsində tələbələr art-kurator fəaliyyətinin müxtəlif istiqamətləri üzrə əldə etdikləri bacarıqları tətbiq etmək imkanından yararlanacaq. Həmçinin, iki fotosərgi layihələri haqqında məlumat geniş ictimaiyyətə təqdim olunacaq.

QEYDİYYAT:

Qeydiyyat tarixi: 4 Mart 2014

Son tarix: 29 Sentaybr 2014

Xahiş edirik, qeydiyyat formasını (AZEENG və RU) dolduraraq və iştirak etmək istəyiniz haqda məktubu təqdim edəsiniz (ən azı 200 sözdən ibarət).

Motivasiya məktubunu Rus və ya İngilis dildə yaza bilərsiniz.

E-mail ünvan: info@yarat.azleyla.m@yarat.az  

Kontakt telefon: 012 505 1414

Yalnız seçilmiş namizədlərə məlumat veriləcək. 


Application Form Ru

Application Form En

Application Form Aze

Yüklənir