May 2024

ARTIM USTAD DƏSRLƏRİ LALİ BİNYATOVA İLƏ ÖZÜMƏ HAZIRLADIĞIM AÇIQCA

18 Noy - 24 Noy 22

Ev – hekayəmizin başladığı məkandır.


Üç gün davam edəcək vorkşopun əsas məqsədi – hər bir iştirakçının özünün doğma şəhəri ilə bağlı fotoşəkillər çəkərək, onları gündəlik və ya açıqcalar silsiləsi üsulunda hazırlamaq və bununla da yaddaşı əbədiləşdirməkdir. Yaddaş – bir ev, sevimli məkanlar və ya əziz olan əşyaların fotoşəkilləri ola bilər – seçim etmək üçün heç bir məhdudiyyət yoxdur!

Silsilə vorkşopun ilk günündə iştirakçılar fotoqraf Lali Binyatova ilə görüşəcək və onun “Təhlükəsiz zona” qrup sərgisinin bir hissəsi olan “Bratsk” fotolayihəsinin yaradılması ilə tanış olacaqlar. İştirakçılar həmçinin fotoqrafiyaya dair öz baxışları və bu sənətə olan maraqları barədə danışmaq imkanı əldə edəcəklər. Birinci günün sonunda iştirakçılar ev tapşırığı olaraq növbəti günlər ərzində müstəqil olaraq “ev” adlandırdıqları yerləri gəzib, xatirələri olduğu məkan və ya əşyaları fotokadr ilə əbədiləşdirəcəklər.


İkinci gün iştirakçılar öz təəssüratlarını bölüşəcək, fotolarını təhlil edəcək və tyutorun rəhbərliyi altında vahid fotohekayə yaratmağı öyrənəcəklər. Yekun hekayə yarandıqdan sonra iştirakçıların seçilmiş fotoşəkilləri çap olunacaq.


Son gün fantaziya və yaradıcılıq uçuşuna səbəb olacaq! İştirakçılar köhnə qəzetlərdən tutmuş qəhvə ilə hopdurulmuş karton kağızlara qədər müxtəlif materiallardan istifadə edərək, yaddaşlarında həkk olunmuş öz “evlərini” açıqcalar və ya gündəlik üsulunda yaradıb, əsərlərini herbari, parıltı və hətta lazımsız fotoplyonkalar ilə bəzəyəcəklər!


Tyutor: Lali Binyatova

Tarixlər: 18, 22, 24 noyabr / 19:00 – 21:00

Məkan: ARTIM Layihə Məkanı

Yaş həddi: 16+


İştirak sayı məhduddur.

COVID-pasportunun olması zəruridir.

Yüklənir