May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

USTAD DƏRSLƏR: ENGİN GÜNEYSU İLƏ KÜÇƏ FOTOQRAFİYASI

03 May - 05 May 23

YARAT Müasir İncəsənət Məkanı sizi tanınmış türk fotoqrafı Engin Güneysunun böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında 3 günlük ustad dərslərində iştirak etməyə dəvət edir!


Ustad dərslərinin ilk günündə iştirakçılar Engin Güneysunun yaradıcılığı ilə tanış olacaq, həmçinin öz fotoşəkillərini nümayiş etdirərək, onlara dair peşəkar rəy alacaqlar. Birinci günün yekununda iştirakçılar küçə və sənədli fotoqrafiyanın həm ümumi təsvirini, həm də incə nüanslarını öyrənəcəklər. Növbəti gün iştirakçılar 1-ci dərs zamanı müzakirə olunan incəlikləri, fotoqrafın müşayiəti ilə çəkiliş ərazisində birbaşa tətbiq etmək üçün şəhərdaxili gəzintiyə çıxacaqlar. Son gün Engin Güneysu gəzinti çəkilişinin müzakirəsini aparacaq, daha sonra iştirakçılar çəkdikləri fotoların peşəkar redaktə edilməsi və çap üçün hazırlanmasını öyrənəcəklər.


Müraciət üçün tələblər:

  • Fotoqrafiya sahəsində təməl biliklər
  • Şəxsi fotokamera və ya smartfon
  • Ən azı 10 fotoəsərdən ibarət portfolio

Tarixlər: 3 – 5 may, 2023

Saat: 12:00 – 17:00

Məkan: YARAT Mərkəzi

Dil: Türk


Qeydiyyat üçün linkə daxil olun: rb.gy/4gren

Son müraciət tarixi: 27 aprel, 2023


Fotoqraf tərəfindən seçilmiş namizədlər ustad dərslərinə dəvət olunacaqlar.

İştirak sayı məhduddur.

Yüklənir