İyun 2024

ÖZÜNÜ KƏŞF ET: USTAD DƏRSLƏRİ / DEKABR PROQRAMI

06 Dek - 20 Dek 23

Fərhad Xəlilovun “Yerlə göy arasında” sərgisi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin dekabr proqramını sizə təqdim edirik.


6 dekabr
Mövzu: Abşeron mənzərəsi
Tyutor: Müseyib Əmirov


Ustad dərsinin iştirakçıları Abşeron məktəbinin texnikası ilə tanış olacaqlar və doğma mənzərələrə yeni nəzər salaraq kətan üzərində akril boyalarla rəsm çəkəcəklər.


13 dekabr
Mövzu: Qraffiti abstraksiyası
Tyutor: Emil Məcnun


Ustad dərsi zamanı iştirakçılar müxtəlif materiallardan - akril və sprey boyalardan, markerlərdən istifadə etməklə qraffiti texnikası ilə kətan üzərində abstrakt kompozisiya təsvir edəcəklər.


20 debakr
Mövzu: «Qara kvadratın» sirri
Tyutor: Sabina Şıxlinskaya


Ustad dərsinin iştirakçıları abstrakt sənətlə tanış olacaqlar və məşhur “Qara kvadrat” əsərinin sirrini açmağa çalışacaqlar. Hər iştirakçı boyalar və pasteldən istifadə edərək öz sənət əsərini yardacaq.


Yaş məhdudiyyəti: 16+
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: 050 251 41 15


(Qeydiyyat: çərşənbə axşamı – bazar, 12:00-18:00)

Yüklənir