May 2024

İGNAS MALDUS İLƏ 3 GÜNLÜK FOTOQRAFİYA USTAD DƏRSLƏRİ

06 May 24

Litvalı fotoqraf İgnas Maldus ilə 3 günlük Fotoqrafiya USTAD DƏRSLƏRİ elan edirik!


Analoq fotoqrafiyaya maraq göstərən hər kəs üçün nəzərdə tutulmuş Ustad Dərsləri üç gün ərzində nəzəri və praktiki laboratoriya dərsləri ilə intensiv bir təcrübə təqdim edir. Fotoqraf Ignas Maldus ilə birlikdə məkan gəzintiləri ilə başlayacaq dərslər ağ-qara perspektivlərin dərinliyini kəşf etmək, laboratoriyada fotoların aşkarlanmasını öyrənmək və sərgi üçün foto çap etmə proseslərini özündə birləşdirir. Finalda isə iştirakçıların işləri yekun sərgidə nümayiş etdiriləcək.
Litvalı fotoqraf Kaunas İncəsənət Gimnaziyası və Vilnüs İncəsənət Akademiyasında təhsil almışdır.
Litva Fotoqraflar Birliyinin üzvüdür.
Dərslərimiz həm təcrübəli fotoqraflar, həm də yeni başlayan həvəskarlar üçün nəzərdə tutulub.

Yüklənir