May 2024

LITLLE YARAT İYUL AYI ÜÇÜN PROQRAM

02 İyl - 31 İyl 22

YARAT Müasir İncəsənət Məkanı sizi məktəb yaşlı uşaqlardan yeniyetmələrə qədər kiçik auditoriya üçün nəzərdə tutulmuş LITTLE YARAT proqramında iştirak etməyə dəvət edir.

LITTLE YARAT uşaqlar üçün YARAT-ın seminarlarında iştirak etməyə, yerli və qonaq rəssamlarla ünsiyyət qurmağa imkan verən əyləncəli incəsənət platformasıdır.


YARAT Mərkəzində keçiriləcək Little YARAT ustad dərslərinin iyul proqramını sizə təqdim edirik:

2 iyul

12:00 (5-7 yaş) – Keramika (Ramina Boçarova) 
15:00 (8-12 yaş) – Keramika (Ramina Boçarova)

Gil ilə işləmək fantaziyaları reallığa çevirmək üçün unikal imkan verir. Keramika üzrə ustad dərsi uşaqlara sənətlə məşğul olmaqla yanaşı, həm də əl motorikasını inkişaf etdirməyə imkan verir.


3 iyul

12:00 (8-12 yaş) – Nano art (Nərgiz Əsgərova)
14:00 (8-12 yaş) – Nano art (Nərgiz Əsgərova)
Nano art üzrə ustad dərsi ilə iştirakçılar abstrakt sənəti öyrənməyə çalışacaqlar. Onlar ətrafımızdakı olan obyektlərin strukturlarını mikroskop altında araşdıraraq, gördükləri əsasında öz sənət əsərini yaradacaqlar.


16 iyul

12:00 (5-7 yaş) – Keramika (Ramina Boçarova) 
15:00 (8-12 yaş) – Keramika (Ramina Boçarova)
Gil ilə işləmək fantaziyaları reallığa çevirmək üçün unikal imkan verir. Keramika üzrə ustad dərsi uşaqlara sənətlə məşğul olmaqla yanaşı, həm də əl motorikasını inkişaf etdirməyə imkan verir.


17 iyul

12:00 (8-12 yaş) – Nano art (Nərgiz Əsgərova)
14:00 (8-12 yaş) – Nano art (Nərgiz Əsgərova)
Nano art üzrə ustad dərsi ilə iştirakçılar abstrakt sənəti öyrənməyə çalışacaqlar. Onlar ətrafımızdakı olan obyektlərin strukturlarını mikroskop altında araşdıraraq, gördükləri əsasında öz sənət əsərini yaradacaqlar.


23, 24 iyul

12:00 (5-7 yaş) – 3D Engineering for Kids
14:00 (8-12 yaş) – 3D Engineering for Kids
3D çap üzrə praktiki ustad dərsi uşaqlara incəsənət sahəsində müasir texnologiyaları öyrənməyə və YARAT Mərkəzinin sərgisində təqdim olunan instalyasiyanın maketini yaratmağa imkan verəcək.


30, 31 iyul

12:00 (4-7 yaş) – İNSƏN (CHINGIZ)
14:00 (8-12 yaş) – İNSƏN (CHINGIZ)

Əvvəlcə sərgi ilə tanış olan ustad dərsinin iştirakçıları müxtəlif texnika və materiallardan (gil, karton, akril boyalar) istifadə etməklə öz əsərlərini yaradacaqlar. Qeyd edək ki, uşaqlar tərəfindən yaradılmış instalyasiyalar daha sonra ekspozisiyaya daxil ediləcək.


Məkan: YARAT Mərkəzi, II mərtəbə, MFZ

İştirak etmək üçün qeydiyyat mütləqdir.

Yerlər məhduddur.

Qeydiyyat üçün: 050 246 9292 (Qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 11:00-dən 18:30-dək aparılır.)



XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək Little YARAT ustad dərslərinin iyul proqramı:

2 iyul

12:00 (8-12 yaş) – Özümü belə görürəm (Sayalı Məmmədova)
Ustad dərsinin iştirakçıları boyalardan istifadə etməklə akvarel kağızı üzərində avtoportret yaradacaqlar, həmçinin bu portretə rəngli kağızdan paltar və baş örtüyü əlavə edəcəklər.


16 iyul

12:00 (8-12 yaş) – Xəyalımdakı şəhər (Nərgiz Qəyyur)
Ustad dərsində iştirakçılar xəyal etdikləri şəhəri kətan üzərində akril boyalarla çəkəcəklər. Daha sonra əsərə relyef və faktura vermək üçün, onun üzərinə rəngli parçalar əlavə edəcəklər.


23 iyul

12:00 (8-12 yaş) – Keramika (Fidan Hümbətli)
Keramikaya həsr olunmuş ustad dərsi iştirakçılara yaradıcılıq prosesinə qərq olmağa, yeni emosiyalar və hisslər əldə etməyə imkan verəcək. Ustad dərsi zamanı uşaqlar gil məmulatı yaradacaqlar və daha sonsa onları rəngləyəcəklər.


30 iyul

12:00 (8-12 yaş) – Yayın dadı (Günel Ravilova)

Ustad dərsi sizə naturadan natürmort çəkməklə, yaradıcılıq bacarığınızı inkişaf etdirməyə kömək edəcək. Ustad dərsində uşaqlar kətan üzərində yemiş və ya qarpız çəkməyə, daha sonra bu meyvələrin toxumlarından istifadə edərək təsvirə canlılıq və faktura verməyə çalışacaqlar. Yayın əsl dadını bu ustad dərsində hiss edin!


Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

İştirak etmək üçün qeydiyyat mütləqdir.

Yerlər məhduddur.

Qeydiyyat üçün: 050 251 4115 (qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 12:00-dan 18:00-dək aparılır) 

Yüklənir