İyun 2024

LİTTLE YARAT FEVRAL AYI ÜÇÜN PROQRAM

05 Fev - 26 Fev 23

YARAT Müasir İncəsənət Məkanı sizi məktəb yaşlı uşaqlardan yeniyetmələrə qədər kiçik auditoriya üçün nəzərdə tutulmuş LITTLE YARAT proqramında iştirak etməyə dəvət edir.


LITTLE YARAT uşaqlar üçün YARAT-ın seminarlarında iştirak etməyə, yerli və qonaq rəssamlarla ünsiyyət qurmağa imkan verən əyləncəli incəsənət platformasıdır.

YARAT Mərkəzinin “Little YARAT” ustad dərslərinin fevral proqramı ilə qarşınızdayıq!


5 və 19 fevral

Tyutor: Gülnarə Ələkbərli

Mövzu: Özünü tamamla

Ustad dərsində iştirakçılar kağız üzərinə öz fotolarını yerləşdirəcəklər, daha sonra isə üzlərinin bir yarısını örtərək, flomaster, boya və qələmlər ilə rəsmi tamamlamağa çalışacaqlar. Beləcə iştirakçılar üzlərini daha yaxından təhlil etməyə və tanımağa imkan tapacaqlar.


12 və 26 fevral

Tyutor: Yekaterina Pominova

Mövzu: Ulduzların parıltısı

Ustad dərsinin iştirakçıları akril boyalar ilə kağız üzərində kosmik mənzərə yaradacaq, sonra isə kompozisiyanı qızıl zərvərəqlər ilə tamamlayacaqlar. Beləliklə, onlar əsərlərində ulduzların sayrışmasını imitasiya edəcəklər.


12:00 (4-7 yaş)

14:00 (8-12 yaş)

Məkan: YARAT Mərkəzi

Yerlərin sayı məhduddur.

Qeydiyyat üçün: 050 246 92 92 (çərşənbə axşamı-cümə, 11:00 - 18:00)



XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin “Little YARAT” ustad dərslərinin fevral proqramı ilə qarşınızdayıq!


4 və 18 fevral

Tyutor: Alina Yusupova-Sabbağ

Mövzu: Həndəsə ritmi

Ustad dərsinin iştirakçıları karton üzərində rəngli keçə parçalar və yun saplardan istifadə edərək, fərqli həndəsi formalardan kompozisiya yaradacaqlar və həndəsi fiqurların ideya ötürmək qabiliyyətinin şahidi olacaqlar.


11 və 25 fevral

Tyutor: Erkin Ələkbərli

Mövzu: Fraqmentlər


Ustad dərsində iştirakçılar akril boyalar ilə abstrakt fon çəkəcəklər, daha sonra isə üzərində rəngli kartonlardan kollaj hazırlayacaqlar. Beləliklə, onlar polixrom kollaj texnikası ilə tanış olacaqlar.

12:00 (8-12 yaş)

Məkan:  XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Yerlərin sayı məhduddur.

Qeydiyyat üçün: 050 251 41 15 (çərşənbə axşamı-cümə, 11:00 - 18:00)

Yüklənir