İyun 2024

LITTLE YARAT: DEKABR PROQRAMI

16 Dek - 24 Dek 23

Little YARAT ustad dərslərinin dekabr proqramı:


16dekabr– 12:00 (8-12 yaş)
Mövzu: "Xəzərin sahilində"
Tyutor: Mələk Bayramlı
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: 050 251 41 15

Ustad dərsində iştirakçılar Xəzər dənizinin zəngin rəng çalarlarına üz tutaraq, abstrakt rəng həlləri ilə öz əsərlərini yaradacaqlar. Bu iştirakçılarda müşahidə qabiliyyətinin formalaşmasında imkan yaradacaq.

23 dekabr – 12:00 (8-12 yaş)
Mövzu: "Yerlə göy arasında"
Tyutor: Anar Şəmsi
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: 050 251 41 15

Ustad dərsinin iştirakçıları rəssam Anar Şəmsinin tyutorluğu ilə ətraf mühit və onun vizual həllərini abstrakt ekspressionizm janrında rəsmlər yaradacaqlar.

10 dekabr – 12:00 (4-8 yaş)
Mövzu: ”Birlikdə”
Tyutor: Aida Əzimova
YARAT Müasir İncəsənət Mərkəzi

Əvvəlcə ustad dərsinin iştirakçıları sevginin onlar üçün nə ifadə etdiyini pazlın müəyyən hissələri üzərində rəngli markerlər, boyalar, stikerlər vasitəsi ilə təsvir edəcəklər, daha sonra boyadıqları pazlın hissələrini öz aralarında yekun əsər formasında birləşdirəcəklər.

17 dekabr – 12:00 (4-8 yaş)
Mövzu: "Sülh içində"
Tyutor: Aytac Namazova
YARAT Müasir İncəsənət Mərkəzi

Ustad dərsinin iştirakçıları sülhü necə təsəvvür etdiklərini kollaj texnikası vasitəsi ilə yaradacaqlar, daha sonra onlardan qlobus hazırlayacaqlar. Ustad dərsi ərzində onlar sülh, bərabərlik, tolerantlıq eləcə də komanda işinin vacibliyi haqqında öyrənəcəklər.

24 dekabr – 12:00 (4-8 yaş)
Mövzu: "Gələcəyə məktub"
Tyutor: Nəzrin Əlizadə
YARAT Müasir İncəsənət Mərkəzi

İştirakçılar gələcəyə vermək istədikləri mesajları əvvəlcədən hazırlanmış məktub formaları üzərində müxtəlif sözlər, ifadələr eləcə də təsvir vasitələri ilə yaradacaqlar. Bu iştirakçılarda özünüifadə bacarıqlarının inkişaf etdirmələrinə kömək edəcək.

Yüklənir