May 2024

LITTLE YARAT: FEVRAL PPROQRAMI

04 Fev - 25 Fev 24

 

Little YARAT Ustad dərslərinə start verdik!
Fevral ayı üçün proqramı:


4 fevral – 12:00 (4-8 yaş) 
Mövzu: “Hissələrlə təsvir” 
Tyutor: Aida Əzimova 
YARAT Mərkəzi 
“Ekinoks” qrup sərgisinin konsepsiyasına əsaslanan ustad dərsi fərdiyyətçilik və kollektivizm üzərində qurulacaq. İştirakçılar əvvəlcə karton üzərində müxtəlif formalar yaratmaq üçün skotçdan istifadə edəcəklər. Daha sonra hər bir iştirakçı öz əsərini çəkəcək və sonda yapışqan lentləri çıxarmaqla vahid əsər yaradacaqlar.


10 fevral – 12:00 (8-12 yaş) 
Mövzu: “Abstraksiyanın əksi” 
Tyutor: Rufana Məmmədova

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi 
Ustad dərsinin iştirakçıları rəssam Rufana Mamedova ilə birlikdə müxtəlif boyalarla rənglədikləri şarları kətan üzərinə ataraq abstrakt əsərlər yaradacaqlar.


11 fevral – 12:00 (4-8 yaş) 
Mövzu: “Avtoportret” 
Tyutor: Rufana Məmmədova 
YARAT Mərkəzi
Ustad dərsində iştirakçılar güzgüdən istifadə edərək taxta parçalar üzərində öz avtoportretlərini təsvir edəcəklər.


17 fevral – 12:00 (8-12 yaş) 
Mövzu: “Cizgilər” 
Tyutor: Nəzrin Ağamalıyeva 
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi 
Rəssam və rejissor Nəzrin Ağamalıyevanın çəkdiyi “Hadis” animasiya filmi bir çox beynəlxalq kino festivallarının iştirakçısıdır. İlk növbədə ustad dərsinin iştirakçıları müəlliflə birlikdə sözügedən animasiya filmini izləyəcəklər. Daha sonra iştirakçılar müxtəlif obrazların seçilməsi və onların yaradılması prosesini təcrübədən keçirəcəklər.


18 fevral – 12:00 (4-8 yaş) 
Mövzu: “Qarabağın atları” 
Tyutor: Nəzrin Ağamalıyeva 
YARAT Mərkəzi 
“Yoxlanılıb, mina yoxdur!” sərgisinin konsepsiyasına əsaslanan ustad dərsi Qarabağın faunası mövzusu üzərində qurulacaq. İştirakçılar rəssam və rejissor Nəzrin Ağamalıyeva ilə birlikdə Qarabağ atları təsvirli açıqcalar yaradacaqlar.


24 fevral – 12:00 (8-12 yaş) 
Mövzu: “Abşeron motivləri” 
Tyutor: Atika Əliyeva 
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi 
Ustad dərsində iştirakçılar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” sərgisinə baxdıqdan sonra Abşeronun zəngin motivlərini təsvir edəcəklər.


25 fevral – 12:00 (8-12 yaş)
Mövzu: “Sevdiyini düşün”
Tyutor: Fatimə Yusifova
YARAT Mərkəzi
Ustad dərsi “Ekinoks” qrup sərgisində nümayiş olunan Koka Ramişvilinin “İnsanlar sevgi haqqında düşünürlər” sənədli filminin üzərində qurulacaq. İştirakçılar filmə baxdıqdan sonra gözlərini bağlayaraq sevgi haqqında düşünəcəklər, daha sonra tyutor Fatimə Yusifova ilə birlikdə düşündükləri haqda rəsmlər yaradacaqlar. 


Rəngkarlıq Muzeyi üçün qeydiyyat: 050 251 41 15 


YARAT Mərkəzi üçün qeydiyyat: 050 246 92 92


(Qeydiyyat: çərşənbə axşamı – bazar, 11:00-18:00)

Yüklənir