ÜMUMİ

YARAT Emalatxanalarında 3 aylıq rezidensiya.


RƏSSAMIN SÖZÜ:
Mənim sənətim, təbiətimizin mümkün yollarla qorunmasını araşdırmaqdır. Mən gerçəkliyin süni modelini yaradıram və sürrealist yollar tapıram. Mən təbiəti, heyvanları imitasiya etməyi və ya onları insanlarla bir araya gətirməyi, sünilik və mövcud gerçəkliyin bir yerdə olmasını müşahidə etməyi sevirəm. Mexanimzlərin qurulması, təsvirin səhnələşdirilməsi və ya gerçəkliyin fiksajlanması - bütün bunlar, ideyaların formalaşdırılmasını əks etdirmək üçün yollardır. Mənim işimdə qarşılıqlı fəaliyyət çox vacibdir. Sistematik olaraq, mən hər hansı işi ərsəyə gətirmək üçün, fənlərarası metodu tətbiq etməyə çalışıram. Əgər mexaniki struktura malik hərəkətli obyekt yaradıramsa, mən onu səhnə üçün mümkün rəqs xoreoqrafiyası ilə kombinasiya etmək istəyirəm. İşimin mahiyyəti, fərqli sənət formasında fərqli istiqaməti istifadə etməyə imkan verir. Hesab edirəm ki, mənim işim, digər insanlar, heyvanlar, otaqlar və təbiətlə qarşılıqlı mübadilələr tələb edir.

Yüklənir