ÜMUMİ

YARAT Rəssam Emalatxanalarında 3-aylıq yaradıcılıq art-rezident ezamiyyəti.


RƏSSAMIN SÖZÜ:

Lük Börton incəsənətin müxtəlif  sahələrində yaradıcılıqla məşğuldur. Bunların arasında rəngkarlıq, rəsm, heykəltəraşlıq və videonun adlarını çəkmək olar. Onun əsas yaradıcılıq hədəfi – dekorativ amillərin müasir incəsənət əsərlərində təzahür etməsi ilə cəmiyyətdə tutduğu yer arasındakı münasibətdir. 
Bundan əlavə, onun son vaxtlar ərsəyə gətirdiyi rəngkarlıq və rəsm işlərindən ibarət silsilə əsərlərində qərarsızlığın fərdi və kollektiv formalarının estetika, şəhər yenilənməsi və gender məsələlərində özünü necə büruzə verməsi araşdırılır. Hal-hazırda o, geniş matris həcmində müxtəlif mövzu və suallar çeşidi ilə maraqlanır: ifadəli jestin necə yaranması; fontanların ictimai bəzək və hakimiyyətin öz qüdrətini rəmzi formada bəyan etmək vasitəsi olması; “ya ‘əppəyim var!’ de, ya da götür ye” (‘to have your cake and eat it too’) ingilis deyiminin məğzi; bir də ki, “irs” anlayışının sənətkarın qarşısında necə bitib-qurtarmayan imkanlar açaraq, eyni zamanda onun üçün fundamental yük olması.
Son vaxtlar Börtonun çəkdiyi videolarda o, şəhər mənzərəsinin memarlıq abidələrindən bir səhnə kimi istifadə edərək, memarlıq naxışları ilə uzaqdan və ya lap intim məsafədən təmas tamaşası təqdim edir. O, bir sıra təkrarlanan hərəkətlər və jestlər nümayiş etdirərək, romantik rəssam mövqeyini, yumorunu və oyununu bir növ müxalif gözü ilə araşdırır. Həmin hərəkətlər öncədən müəyyən edilmir – konkret binalara, onların detallarına, forma özəllikərinə və kontekstinə diqqətli yanaşma nəticəsində daha çox özləri sərbəst surətdə ortaya çıxırlar. 

Yüklənir