ÜMUMİ

Nika Kutateladze (d. 1989, Gürcüstan) 2007-2011-ci illərdə Tbilisi Dövlət İncəsənət Akademiyasının memarlıq fakültəsində təhsil alıb. 2012-2013-cü illərdə Tbilisi Müasir İncəsənət Mərkəzinin (CCA Tbilisi) qeyri-rəsmi magistratura kursunu bitirib. Onun əsərləri “Mənim ayaqlarım” (2014, Tbilisi), “Çox vacib məkan və onun yaranması”, “Qış evi” (2014, Tbilisi), “Transformasiya” (2013, Tbilisi Müasir İncəsənət Mərkəzi), “Mən sənəm?” (2013, Gallery Container, Tbilisi), “Görünməyən cərəyanlar” (2013, Fest I Nova, Art Villa Garikula, Gürcüstan) sərgilərində nümayiş olunub.

Yüklənir