ÜMUMİ

Aydan Mirzəyeva (d.1992, Azərbaycan) 2010-2014-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənaye dizaynı fakültəsində təhsil alıb. Aydan Mirzəyeva 2017 və 2018-ci illərdə ARTIM Lab layihəsində uğurla iştirak edib və YARAT Emalatxanalarında rezidentura mükafatına layiq görülüb. Aydan bu yaxınlarda Kiyevdən, Art Prospekt Rezidentura Proqramından qayıdıb.

Aydan Mirzəyeva 2017-ci ildən ARTIM LAB layihəsində iştirak edir və onun əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.

Yüklənir