Nəzrin Məmmədova Azərbaycan Avrasiya Diplomatiya Akademiyasının məzunudur (2010). Təhsil almaqla eyni vaxtda o, fotoqrafiya kurslarında iştirak etmiş və Azərbaycan Fotoqraflar Birliyinin üzvü olmuşdur. Artıq təcrübə toplamış Nəzrin 2012-ci il “012 Baku Public Art” festivalında iştirak edəcək ən gənc rəssamlardan biridir.

Seçilmiş Sərgilər:

2011 - “Foreword, “YARAT! Müasir Incəsənət Məkanı” tərəfindən təşkil edilmiş Müasir İncəsənət Sərgisi. Bakı, Azərbaycan.

2010 – “Aluminium IV” “Transformation”. Beynəlxalq Müasir İncəsənət Sərgisi. Müasir İncəsənət Mərkəzi. Bakı, Azərbaycan.

2010 - ART BAZAAR, Müasir İncəsənət Sərgisi. Bakı, Azərbaycan.

2009 - “Azerbaijani Women” foto sərgi, Muzey Mərkəzi. Bakı, Azərbaycan.

Yüklənir