Ritz Monet (Enrikomaria Di Napoli) (d. 1982, İtaliya) Baridə yaşayan, Venesiya və Vyana şəhərləri arasında fəaliyyət göstərən rəssamdır. O, 2007-ci ildə Venesiya İUAV Universitetini təsviri sənət üzrə bakalavr dərəcəsi və 2011-ci ildə isə eyni universiteti təsviri kommunikasiya ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. O, Budapeşt Qalereyası, Budapeşt (2019); St.A.I.R. (Rəssam rezidenturası), Qraz (2017); FAR (Antonio Ratti fondu), Komo; RAVI (Vivegnis Atelyesi beynəlxalq rezidentləri), Lyej (2016); BijlmAir - CBK, Flat Station və Stedelijk Muzey Bürosu, Amsterdam (2015); Tokyo Wonder Site, Tokio (2013); Bevilacqua La Masa fondu, Venesiya (2012); Spinola Banna per l’Arte fondu, Torino (2012) kimi yerli və beynəlxalq rezidentura proqramlarında iştirak etmişdir. O, müxtəlif yerli incəsənət müsabiqələrinin finalçısı və 2013-cü ildə "Black Flag Revival" əsəri ilə Premio Celeste mükafatanın heykəltəraşlıq, installyasiya və performans bölməsi üzrə qalibi olub. Onun əsərləri 2019-cu ildə Vyanada Q21 qalereyasında, Kunsthaus Drezdendə, Yaponiyadakı Nakanajo Biennalesində, 2018-ci ildə 6. Beynəlxalq Gənc Rəssamların Moskva Biennalesində, Off Biennalesində (Qahirə), 2016-cı ildə Kunsthausda (Qraz), Antonio Rotti Fondunda (Komo), 2015-ci ildə Stedeljik Muzey Bürosunda, 2013-cü ildə Palazzo delle Arti di Napolidə, KUMU İncəsənət Muzeyində 15-ci Tallin Print Triennalesində sərgilənmişdir.