10 May - 03 İyn 18
REZİDENTURA QRANTINA DAİR MÜSABİQƏ / ƏRİZƏLƏRİN QƏBULU
at UNIDEE – University of Ideas
Cittadellarte – Fondazione Pistoletto, Biella, Italy
Rezidentura müddəti: 17 sentyabr – 17 noyabr 2018-ci il
Cittadellarte–Fondazione Pistoletto fondunun UNIDEE–University of Ideas (İdeyalar Universiteti) (http://www.cittadellarte.it/unidee) layihəsi, subordinasiya münasibətləri deyil, daha çox qarşılıqlı əlaqələr, fikir mübadilələri və qarşılıqlı fəaliyyətlər vasitəsilə tənqidi nəzəriyyə, aktivizm və yaradıcılıq bilikləri sahəsində təcrübə qazanmağın digər yollarına əsaslanan təhsil modelini təklif edir.
Hər həftə, peşəkar müəllimlərin və dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “Cittadellarte” ərazisində laboratoriya və ya seminar modulları keçiriləcək. Burada dünyanın hər bir yerindən gələn, həmişə fərqli olan iştirakçılar qrupu, müxtəlif təcrübələrdən başlayaraq, müxtəlif fənlər üzrə bir-birləri ilə tanış olaraq, incəsənət və ictimaiyyət arasında dərin münasibətləri müzakirə etməklə və araşdırmaqla, bir-birləri ilə sıx qarşılıqlı fəaliyyət göstərir.UNIDEE – yaşadığımız sosial kontekstlərdə dəyişikliyə cavabdeh olan fəaliyyətlər və proseslərin təşkili üçün “artivatorları” və ya “müasir incəsənət agentlərini” maarifləndirmək məqsədilə, metodologiyalar, təcrübələr, incəsənət dilləri və aktivizm formalarından istifadə edən eksperimental məktəbdir.
UNIDEE–University of Ideas strukturu incəsənət və ictimai sahə arasında münasibəti araşdıran üç fəaliyyət tipi vasitəsilə müəyyən edilir:
Rezidenturanın 2 aylıq (17 sentyabr - 17 noyabr 2018-ci il) təhsil proqramı, birgə fəaliyyət təcrübələri və cəmiyyətin sosial-siyasi transformasiyası arasındakı münasibətlərə əsaslanır.
YARAT Müasir İncəsənət Məkanı və Cittadellarte–Fondazione Pistoletto Fondunun birgə təsis etdiyi 2 aylıq rezidentura proqramına aşağıdakılar daxildir:
İştirak üçün aşağıdakılar tələb olunur (bütün şərtlərin yerinə yetirilməsi vacibdir)
NƏZƏRƏ ALIN Kİ, rezidentura tarixləri artıq müəyyən edilib və heç bir dəyişiklik olmayacaq. Əgər rəssam bu tarixlərdə iştirak üçün müqavilə imzalayarsa, onun iştirakı yalnız göstərilən tarixlərdə təmin ediləcək.
Müraciət üçün son tarix: Bazar günü, 3 iyun 2018-ci il.
Yalnız elektron müraciətlər qəbul ediləcək.
III. SEÇİM PROSEDURU
YARAT Müasir İncəsənət Məkanı namizədlərin ilkin siyahısını tərtib edəndən sonra, UNIDEE–University of Ideas-ın kuratorlar şurası bir nəfəri bu siyahıdan qalib qismində seçəcəkdir.
Yekun nəticələr Cümə axşamı, 28 iyun 2018-ci il tarixində dərc olunacaq.
lV. İŞTİRAK ÜÇÜN QAYDALAR
Zəhmət olmasa, iştirak üçün ərizənizi residencies@yarat.azünvanına göndərin. Məktubun mövzu (subject line) hissəsində “YARAT/UNIDEE ərizəçisi (ad və soyad)” qeyd edin (bir məktubda 8 MB göndərmək mümkündür; əgər göndərəcəyiniz məktubların sayı 1-dən çoxdursa, zəhmət olmasa, məktublarınızı YARAT/UNIDEE ərizəçisi (ad və soyad) 1-3/2- 3/3-3 və s. kimi qeyd edin.
Ərizələri residencies@yarat.az ünvanına göndərə bilərsiniz. Əlavə məlumat üçün: +99412 505 1414
Zəhmət olmasa, ərizə formasına aşağıdakı məlumatları daxil edin (yalnız ingilis dilində).