AÇIQ ÇAĞIRIŞ

25 Avq - 24 Dek 23

İncəsənət tənqidçiləri və tədqiqatçılarının nəzərinə!


Beynəlxalq təcrübələrə əsasən incəsənətin və mədəniyyətin davamlılığı və inkişafı təkcə muzey və qalereyalarda keçirilən tədbirlərlə bitmir, həmçinin onların tədqiqatlarına və tənqidi yanaşmalarına əsaslanır.


Bunu nəzərə alaraq, YARAT Müasir İncəsənət Məkanı sizi, yerli incəsənətin və mədəniyyətin ictimai diskursunu canlandırmaq üçün bu layihəyə qoşulmağa dəvət edir. Məqsədimiz bu sahələrdə fəaliyyət göstərən yeni nəsil nümayəndələrinin tənqidi və nəzəri məzmunlu işlərinə dəstək olmaq və bədii tənqidi yanaşmanın inkişafına imkan yaratmaqdır.


YARAT-ın layihə çərçivəsində təklifləri:

  • Məqalələrin yerli və beynəlxalq onlayn nəşr platformalarında paylaşımı
  • Çağdaş incəsənət diskursu ilə əlaqənin təşviqi
  • YARAT heyəti ilə əməkdaşlıq
  • YARAT-ın araşdırma məzmunlu layihələrində iştirak
  • Məqalələrin peşəkar redaktəsi və tərcüməsi
  • YARAT-ın akademik resurslarından istifadə

Müraciət üçün tələblər:

  • İncəsənət və mədəniyyət sahələrində nəzəri və praktiki təcrübəsi olan namizədlər arzuolunandır
  • Yazılmış məqalələrdən nümunələr
  • CV
  • Yaş: 20+
  • Dil bilikləri: ingilis dili arzuolunandır
  • Fəaliyyətinizi və müraciətinizin məqsədini açıqlayan mətn (250 söz)

  • Aşağıdakı mövzulardan biri ilə bağlı məqalənin təqdimi (maksimum 2 mövzu seçmək olar, 500 söz):
  1. Rəqəmsal əsrdə müasir incəsənət
  2. Müasir incəsənətdə milli kimlik anlayışı
  3. Azərbaycanda avanqard: inkişaf və müasir düşüncə
  4. 2005-2015-ci illərdə yerli incəsənət səhnəsi
  5. Kollektiv yaddaş və onun incəsənətdə təcəssümü

  • Göndərilən məqalələrin dili: Azərbaycan dili
  • Hazırda və ya gələcəkdə üzərində çalışdığınız (çalışacağınız) tədqiqatın mövzusu (əgər mövcuddursa)

Müraciət üçün son tarix: 24 dekabr 2023-cü il


Müraciətlərinizi zahra.m@yarat.azmina.a@yarat.az ünvanlarına “YARAT Açıq çağırış” başlığı ilə PDF formatında göndərə bilərsiniz.


Əlaqə üçün telefon: +994 50 246 9292

Yüklənir