ARTIM

ARTIM Layihə Məkanının başlıca diqqəti gənc Azərbaycan rəssamlarına yönəlib və əsas məqsədi yenicə üzə çıxan istedadların inkişafını dəstəkləmək və həvəsləndirməkdir. Proqramın İçərişəhərdə xüsusi təyinatlı sərgi məkanı var. Bu məkan, incəsənət əsərləri ilə eksperimentlərin keçirilməsi, onların peşəkar nümayişi üçün platforma sayılır. Gənc yaradıcı insanlar müxtəlif ARTIM proqramlarında iştiraka dəvət olunurlar.


ARTIM Lab layihəsi – 18-30 yaşlı insanlar üçün nəzərdə tutulan, il boyu davam edən emalatxana və praktikum təcrübəsidir. Burada eksperimental təcrübələr vasitəsilə müasir incəsənət formaları ilə məşğul olmağa, müxtəlif təsviri media strategiyalardan istifadə etməyə, habelə incəsənət nəzəriyyəsi üzrə biliklər qazanmağa imkan verir.


ARTIM FLUX – yaradıcı şəxsləri spesifik layihələr ilə müraciət etməyə dəvət edir; bu layihələr sərginin müəyyən gedişatında dəyişməlidir. Belə formatın başlıca məqsədi, eksperimentlərin aparılması prosesinin sərgi atmosferi ilə birgə, yaradıcılıq vasitəsilə artan və inkişaf edən "canlı orqanizm" kimi təqdim edilməsidir.


ARTIM SHOTS – müxtəlif müzakirələr, seminarlar, video nümayişləri, performanslar, konsertlər və ya digər yaradıcı tədbirlər vasitəsilə tənqidi icmal, kollektiv müzakirələr və fikir mübadiləsi aparmaq üçün məkan təklif edən, “qəfil” tədbirlərdir.


Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala küç., 5

İş rejimi:  Çərşənbə axşamı – Cümə, 12.00 – 18.00

Ətraflı məlumat üçün:www.yarat.az; +994 12 505 1414

 

Yüklənir